“AtaBank” ASC jurnalistlər üçün PR tur keçirdi | Banco.az

“AtaBank” ASC jurnalistlər üçün PR tur keçirdi

“AtaBank”  ASC  tərəfindən    jurnalistlərə  PR-tur  keçirildi.  Tədbirdə   “AtaHolding”  ASC Korporativ Kommunikasiya şöbəsinin  rəisi  Dilara  Zamanova  “AtaBank”  ASC  tərəfindən 2014-cü ilin 6 ayı  ərzində  Korporativ  Sosial Məsuliyyət  sahəsində  görülən işlər  haqqında  geniş məlumat  verdi.  “AtaBank” ASC   tərəfindən  2014-cü ilin 6 ayı  ərzində  KSM  sahəsində keçirilən tədbirlərdən video  süjetlər   nümayiş  edildi. Qeyd edildi ki,  təkcə  “AtaBank”  ASC  tərəfindən 2014-cü ilin 6  ayı ərzində  KSM sahəsində 15-ə yaxın tədbir keçirilib.

“Ata Bank” ASC-nin Idarə Heyətinin Üzvü və  İcraçı Direktoru Elnur Osmanov  bildirdi: “Biz KIV nümayəndələrini   qarşıdan gələn  22 iyul-Milli Mətbuat Günü münasibəti ilə təbrik edirik. Onların bankın xidmətləri və yenilikləri barədə məlumatları ictimaiyyətin nəzərinə çatdırılmasında  əvəzsiz rolu var. “Ata Bank” ASC gələcəkdə də jurnalistlərlə əlamətdar tarixləri qeyd edərək qeyri rəsmi görüşlər təşkil edəcək və yeni və müasir bank məhsulları haqda dolğun məlumatın əhalinin nəzərinə çatdırması  və müştərilərin maliyyə biliklərinin artırılması məqsədi ilə əməkdaşlığı gücləndirəcək ”.

Ən sərfəli kredit üçün müraciət et

Tədbirin sonunda iştirakçılara  sertifikatlar və  hədiyyələr   təqdim edildi.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Ən sərfəli krediti almaq üçün müraciət et