"AtaBank" ASC 16 dekabr 2013-cü il tarixindən öz rəsmi facebook səhifəsində "Yeni İl, Yeni şans" şuarı altında hədiyyəli kampaniyaya start verir. Müsabiqənin əsas məqsədi istifadəçilərin bayram əhval-ruhiyyəsini qaldırmaq və onlara bu bayram günlərində sevinc hissi bəxş etməkdir.
21 gün ərzində davam edəcək müsabiqədə üç nəfər qalib müəyyən ediləcək və qaliblərin adı 7 yanvar 2014-cü il tarixində elan olunacaq. Qaliblərə, "AtaBank" ASC-dən, balansında 100, 200 və 300 manat olan “Visa” və ya “MasterCard” kartları təqdim olunacaq.
Müsabiqənin şərtləri isə cox rahatdır. Şərtlərlə tanış olmaq və müsabiqədə iştirak etmək üçün sadəcə aşağıdakı linkə daxil olmaq kifayətdir:
https://www.facebook.com/atabank
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz - www.facebook.com/ AtaBank.