“AtaBank” ASC 2014-cü il iyul ayına maliyyə nəticələrini açıqladı | Banco.az

“AtaBank” ASC 2014-cü il iyul ayına maliyyə nəticələrini açıqladı

“AtaBank” ASC-nin 2014-cü ilin iyul ayının maliyyə nəticələri uğurlu olmuşdur. Belə ki, 2013-ci ilin sonu ilə müqayisədə aktivlər 5,4 % və ya 20,4 mln. manat artaraq 395,3 mln. manat olmuşdur.

Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də əhəmiyyətli dərəcədə artım olmuşdur. Ümumi kredit portfeli 9,8% və ya 23,8 mln. manat artaraq 265,5 mln. manat təşkil etmişdir.

Hesabat tarixinə bankın depozit portfelində nəzərə çarpacaq dərəcədə artım müşahidə olunmuşdur. Belə ki, bu göstərici 2,4% və ya 5,9 mln. manat artaraq, 250,0 mln. manat təşkil etmişdir. Qeyd edək ki, 2013-ci ilin sonunda bu göstərici 244,1 mln. manat təşkil etmişdir.   

Ən sərfəli kredit üçün müraciət et

2013-ci ilin sonu ilə müqayisədə nizamnamə kapitalı 18,7 % və ya 7,0 mln. manat artaraq 44,5 mln. manat olmuşdur.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" hazırda 25 filialla ölkə əhalisinin xidmətindədir. Bankın filiallarından 12-i Bakı şəhərində, 13-i isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.

Daha ətraflı məlumat üçün www.atabank.com  saytına və ya  www.facebook.com/atabank  səhifəsinə daxil olmaq olar.