“AtaBank” “3D Secure” texnologiyasını aktiv tətbiq edir | Banco.az

“AtaBank” “3D Secure” texnologiyasını aktiv tətbiq edir

Müştərilərin ödəniş kartlarla internetdə aparılan əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədilə “AtaBank” “3D Secure” texnologiyasının aktiv tətbiqinə başlayır.

 “3D Secure” texnologiyası kart məlumatları sızdıqda belə, kartın digər şəxslər tərəfindən internetdə istifadəsini mümkünsüz edir. Əməliyyatların təhlükəsizliyi birdəfəlik şifrənin daxil edilməsi məcburiyyəti ilə təmin edilir. Şifrəni iki üsulla əldə etmək mümkündür: Bankomatdan (ATM) birdəfəlik şifrələr siyahısını çap etdirərək və ya SMS vasitəsi ilə (bu halda “SMS Xəbərdarlıq” xidmətinə qoşulmaq mütləqdir).

“3D Secure” proqramında qeydiyyat buradan aparılır: https://acs.3dsecure.az/way4acs/enroll.

Ən sərfəli kredit üçün müraciət et

Qeydiyyatdan sonra, “3D Secure” texnologiyasını dəstəkləyən saytlarda (bir qayda olaraq, “Verified By Visa” loqotipi ilə işarələnir) alış-veriş zamanı kart rekvizitlərini qeyd etməklə, əlavə olaraq, birdəfəlik şifrəni də daxil etmək lazım olacaq. Bu üsul təhlükəsizliyi təmin etməklə yanaşı, internet ödəmələrini daha cəlbedici edir. Xidmət pulsuzdur.

 “MasterCard” sahibləri üçün  isə “3D Secure” texnologiyası yaxın zamanda istifadəyə veriləcək.