ALBALI PLUS yeniləndi | Banco.az

ALBALI PLUS yeniləndi

Unibank ALBALI PLUS debet  kartının imkanlarını genişləndirdi

Vəsaitinizi karta yerləşdirin, istifadə edin və gəlir götürün.

Xarici valyutada alış-veriş edirsiniz? Vəsaitinizin üzərinə əlavə gəlir gəlməsini istəyirsiniz? Eyni zamanda daha etibarlı kart axtarırsınız? Elə isə Unibank-ın ALBALI PLUS debet kartını seçə bilərsiniz. Artıq  ALBALI PLUS debet kartını həm manat, həm də   dollar valyutasında sifariş etmək mükündür.  Unibank-ın yeni ALBALI PLUS debet kartı  istifadəçilərinə daha rahat və daha  təhlükəsiz ödəniş etməklə yanaşı, vəsaitlərinin üzərinə əlavə 4%-dək gəlir qazanmaq imkanı yaradır.

“ALBALI PLUS” debet kart sahiblərinə  daha hansı imkanlar verir?

Pulsuz nağdlaşdırma:
- ALBALI PLUS debet kartına sahib olmaq çox- çox sərfəlidir. Bu karta sahib olan hər kəs kartdan şəxsi vəsaitini Unibank bankomatlarından heç bir faiz ödəmədən nağdlaşdıra bilir. Çünki ALBALI PLUS debet kartı üzrə nağdlaşdırma komissiyası 0 % təşkil edir.

ALBALI PLUS debet kartı həm də unikal depozit imkanlı kartdır:
- ALBALI PLUS debet kartına sahib olan hər kəs kartın sərfəli debet imkanlarından istifadəylə yanaşı, həm də illik əlverişli gəlir əldə edə biləcək. Çünki bu kart, istifadəçilərinə geniş depozit imkanları təqdim edir. Kartda olan vəsaitinizi istədiyinizdə nağdlaşdıra, istədiyinizdə isə depozit kimi saxlayıb əlavə gəlir qazana bilərsiniz. Kartda USD valyutasında vəsait saxlayan müştərilər reytinqindən asılı olaraq, minimum 3%, reytinqi yuxarı  olan müştərilər isə  illik 4%-dək gəlir əldə edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

ALBALI PLUS debet kartı – hər iki beynəlxalq ödəniş sisteminə malikdir:
- ALBALI PLUS debet kartını sahib olmaq istəyənlər artıq rahat şəkildə kartlarının hansı bəynəlxalq ödəniş sisteminə aid olmasını özləri seçə biləcəklər. Beynəlxalq statusa malik olan ALBALI PLUS debet kartını həm Visa, həm də MasterCard ödəniş sistemində sifariş etmək mümkündür.

“ALBALI PLUS” debet kartına sahib olmaq çox asandır. Bunun üçün işdən arayış almağa ehtiyac yoxdur, sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən Unibank filialına müraciət edə bilərsiniz. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et