Albalı Plus "İlin Kartı" seçildi | Banco.az

Albalı Plus "İlin Kartı" seçildi

4 bank məhsulunu birləşdirən unikal beynəlxalq kart, 300.000-dən artıq istifadəçi, 1000-dən artıq partnyor mağaza, saysız-hesabsız endirim, hədiyyə kampaniyaları.  Bu  məlumatlar Unibank-ın ALBALI PLUS kartını xarakterizə edir.  Bu fərqliliyi, çoximkanlılığı səbəbindən  ALBALI PLUS  kartı  2014-cü ilin nəticələrinə görə çoxsaylı istifadəçiləri tərəfindən “İlin  taksit kartı” seçilib. Banco.az saytının 2014-cü ilin nəticələrinə görə keçirdiyi sorğuda ALBALI PLUS  kartı  respondentlər tərəfindən daha çox səs toplayaraq,  taksit kartları  içərisində ən yaxşısı seçilib.

Unibank müştərilərinin ehtiyac və arzularını  bir məhsulda -  ALBALI PLUS  kartında birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, kredit, taksit, depozit və debet  bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS  beynəlxaq  kart olduğu üçün ölkədə və dünyanın istənilən yerində istifadə etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Albalı Plus kartını iş yerindən arayış və şəxsiyyət vəsiqəsini Unibank filialına təqdim etməklə, 18-70 yaş arası bütün Azərbaycan vətəndaşları ala bilər. 

Ən sərfəli krediti almaq üçün müraciət et