ALBALI PLUS-dan NAĞDLAŞDIRMA KAMPANİYASI | Banco.az

ALBALI PLUS-dan NAĞDLAŞDIRMA KAMPANİYASI

Unibankdan  seçilmiş bir çox kredit kartı sahiblərinə  xoş  xəbər! İndi  Unibankdan kredit kartı olan bu müştərilər kartdakı bütün vəsaitini komissiyasız nağdlaşdıracaq. 28 May Respublika günü münasibəti ilə mayın 27-si və 28-də Unibank  ATM-lərində kredit kartınızdan nağdlaşdırdığınız  vəsaitdən komissiya tutulmayacaq. Bu xüsusi imkan bankın Alkart, Üzvlük, Albalı Plus kartları üçündür. Xidmətin aktiv olması üçün həmin müştərilərə sms göndəriləcək.

Qeyd edək ki, Unibank kredit kartı olan müştərilər arasında  54 000 AZN uduşlu lotereya oyunu keçirir. Unibank kartına sahib  müştərilər mayın 3-dən avqustun 31-dək davam edən, “Kredit kartınızla əməliyyat edin və qazanın” tirajlı stimullaşdırıcı lotereyasının iştirakçısıdır. 

Unibank-ın  kredit kartı ilə Azərbaycan və  xarici ölkələrdə nağd və ya nağdsız əməliyyat edən müştərilərin, lotereyanın qalibi olmaq şansları var. Ümumi uduş  fondu  54.000  manat  təşkil edən lotereyanın  4 tirajında  732  qalib seçiləcək. Hər tirajın nəticələrinə görə, 150 nəfər  50 AZN, 30 qalib 100 AZN, 3 nəfər isə 1000 AZN pul mükafatı qazanacaq.

Ən sərfəli kredit üçün müraciət et

Lotereyada  tirajın keçirildiyi aydan əvvəlki ayda  bağlanan  və  bütün aktiv kredit kartları iştirak edəcək. Müştərinin kredit kartı ilə həyata keçirdiyi əməliyyatın hər tam 10 AZN/USD-si  1 şans kimi qiymətləndirilir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank – hər kəsin bankı.