Unibank-ın ALBALI kart sahibləri üçün keçirdiyi “ALBALI kartınızla alış-veriş edin və qazanın” tirajlı stimullaşdırıcı lotereyasının qalibləri məlum oldu. Münsiflər heyəti tərəfindən elekton seçmə üsulu ilə seçilən 35 qalibdən 25-i 100 AZN, 5 nəfər 500 AZN, 5 qalib isə 1000 AZN pul mükafatına sahib oldular. Ümumilikdə, uduş tirajı 1 mln. 300 min şans üzrə keçirilib.Qaliblərin siyahısı http://www.unibank.az/az/about-bank/news/216/ saytında və “525-ci qəzet”in bu günkü sayında dərc olunub.
Qeyd edək ki, oktyabrın 24-dən dekabrın 31-dək davam edən lotereya oyunu müddətində ALBALI kartı ilə (o cümlədən 28 Mall ALBALI kartları ilə) minimum 10 AZN-lik alış-veriş edən hər kəs lotereyada iştirak edib. Əməliyyatın hər 10 AZN-i bir şans kimi qiymətləndirilib (28 Mall ALBALI ilə 28 Mallda edilən belə əməliyyat isə iki şans kimi dəyərləndirilib).
Hər gün minlərlə vətəndaş, ölkənin 1000-dən artıq mağaza, supermarket və ticarət mərkəzlərində ALBALI kartla alış-veriş edərək, məhsul və xidmətlərin qiymətini aylar üzrə, hissə-hissə ödəmək imkanı qazanır. ALBALI kartını bankın istənilən filialından pulsuz almaq mümkündür. 2 il müddətli kartın maksimal limiti 3000 manatdır. Kartdan müəyyən limit çərçivəsində nağdlaşdırma da mümkündür.
Bəs sizin çox-çox sərfəli ALBALI kartınız varmı?
ALBALI – çox-çox sərfəli kart.
Unibank – hər kəsin bankı