AGBank yeni xidmət təklif edir
İndi bankın müştəriləri Forex bazarının iştirakçısı ola bilərlər
AGBank müştərilərinə daha bir yeni xidmət təklif edir.
15 iyul tarixindən etibarən AGBank tərəfindən müştərilərə yeni Forex xidməti təklif olunur. Artıq bankın hər bir müştərisi hesab açaraq, Forex bazarın iştirakçısı ola bilər.
Qeyd edək ki, Forex - valyutaların beynəlxalq alqı-satqı bazarıdır. Lakin bu bazarda ticarət alətləri sadəcə valyutalardan ibarət deyil. Günümüzdə Forex birjasında xidmət göstərən broker şirkətləri müştərilərinə neft, qızıl, gümüş və bir sıra digər sərmayə alətlərində də ticarət imkanı yaradırlar.
Ətraflı məlumat üçün, 135 xidmətinə müraciət edə bilərsiniz