ADIF əmanətlərin sığortalanması qaydalarını dəyişib. | Banco.az

ADIF əmanətlərin sığortalanması qaydalarını dəyişib.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının iclasında sığortalanan əmanətlər üzrə yuxarı həddin 12-dən 10 faizədək endirilməsi barədə qərar qəbul edib.

01 avqust 2013-cü il tarixindən ölkə bank sistemində 10% artıq faiz dərəcəsi ilə fiziki şəxslərin əmanətini ADİF sığortalamayacaq. Müvafiq olaraq, 10% artıq faiz dərəcəsi ilə banka cəlb olunan əmanətlər üzrə sığorta hadisəsi baş verdikdə, yani bank müflis olarsa - kompensasiya ödənilməyəcək.

Bununla belə, ADIF 1 əmanət üzrə sığorta ödənişinin maksimum səviyyəsini dəyişməz, yəni 30 min manat səviyyəsində saxlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Hal-hazırda, ADIF üzvü olan banklarda 12% illik faiz dərəcəsi ilə yerləşdirilmiş depozitlər, fondla sığortalanmır və onlar üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulmayıb..

Bank Respublika Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.  Bankda əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi  10% təşkil edir, bu da öz növbəsində “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin Bank yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.