33 min istifadəçisi olan taksit kartı | Banco.az

33 min istifadəçisi olan taksit kartı

“DəmirBank” tərəfindən təqdim edilən “DəmirTaksit” kart istifadəçilərinin sayı sürətlə artmaqdadır. Belə ki, ötən ilin göstəricilərinə əsasən, “DəmirTaksit” kart istifadəçilərinin sayı artıq 33 minə çatıb.

Qeyd edək ki, “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et