Dünyanın ən yaxşı universitetlərinin adları AÇIQLANDI | Banco.az

Dünyanın ən yaxşı universitetlərinin adları AÇIQLANDI

Hər il dünya universitetlərinin müəyyən meyarlara görə reytinqini tərtib edən Dünya Universitetləri Renkinqi Mərkəzi (Center for World University Rankings, CWUR) bu ilki siyahısını yayımlayıb.

Sıyahını müəyyənləşdirən meyarlara tədris keyfiyyəti, əmək bazarında məzunlara olan tələb, akademik heyətin təhsil səviyyəsi, nəşrlərin sayı, universitetin beynəlxalq aləmdə tanınması və tərtib edilən məqalə və elmi əsərlərdə universitet tərəfindən nəşr olunan kitab və məqalələrə edilən istinadlar daxildir.

Xatırladaq ki, siyahıda 500 universitetin adı öz əksini tapır və bu ilki sıralamanın ilk 8 pilləsini Amerika universitetləri turur.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ilk pillədə Harvard Universiteti qərarlaşıb. Sözügedən meyarların hər biri üzrə 100 xalla qiymətləndirilən universitet bu siyahıda ardıcıl olaraq 8 – ci dəfədir ki, ilk pillənin sahibidir.

Image result for harvard university

Harvard Universiteti

İlk onluğa daxil olan və Amerika Universiteti olmayan digər iki universitet isə İngiltərənin Kembric və Oksford Universitetləridir.

Siyahının ilk 20 –liyini sizə təqdim edirik:

  1. Harvard Universiteti, ABŞ
  2. Massaçusets Texnologiya İnstitutu, ABŞ
  3. Stenford Universiteti, ABŞ
  4. Kembric Universiteti, İngiltərə
  5. Oksford Universiteti, İngiltərə
  6. Kolumbiya Universiteti, ABŞ
  7. Prinston Universiteti, ABŞ
  8. Kaliforniya Universiteti, Berkli, ABŞ
  9. Pensilvaniya Universiteti, ABŞ
  10. Çikaqo Universiteti, ABŞ
  11. Kaliforniya Texnologiya İnstitutu, ABŞ
  12. Yel Universiteti, ABŞ
  13. Tokio Universiteti, Yaponiya
  14. Kornell Universiteti, ABŞ
  15. Şimal-Qərb Universiteti, ABŞ
  16. Kaliforniya Universiteti, Los-Anceles, ABŞ
  17. Miçiqan Universiteti, ABŞ
  18. Cons Hopkins Universiteti, ABŞ
  19. Vaşinqton Universiteti, Sietl, ABŞ
  20. Urbana-Şampeyn İllinoys Universitet, ABŞ

Həmçinin oxu: Bu şirkətlərdə universitet diplomu deyil, hansı bacarıqlar tələb edilir? - Siyahı

Ən sərfəli kredit üçün müraciət et

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et