““AccessBank” adını saxlamağı və rebrendinq etməyi düşünmür” | Banco.az

““AccessBank” adını saxlamağı və rebrendinq etməyi düşünmür”

“Access Microfinance Holding AG”nin yeni səhmdar tərkibində olmamasına baxmayaraq “AccessBank” adını saxlamağı və rebrendinq etməyi düşünmür”.

Bunu  “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.

“Yeni səhmdarlar arasında “Access Microfinance Holding AG”nin adı yoxdur. Bu şirkət öz payını törəmə şirkəti olan “LFS Advisory GmbH”a stıb. Bu şirkətin “AccessBank”da payı 1.27%-dir. Bu da həlledici nisbət deyil.  “Access Microfinance Holding AG”in “AccessBank”dakı payını satmasından asılı olmayaraq Bank adını saxlamağı və rebrendinq etməyi düşünmür”.

Xəbər verdiyimiz kimi, “AccessBank”ın 6 səhmdarından 3-ü paylarını satıb. Eyni zamanda, “AccessBank”ın nizamanamə kapitalının 118,5 milyon manat artırılması hesabına yeni səhmdarlar cəlb edilib. 118.5 milyon manat bankın nizamnamə kapitalının artırılmasına yönəldikdən sonra səhmdar kapitalı 258 milyon manata çatıb.

Səhmdarların yeni pay bölgüsü aşağıdakı kimidir:

-              Asiya İnkişaf Bankı - 19.90%;

-              Avropa İnvestisiya Bankı - 17.39%;

-              Beynəlxalq Maliyyə Korporasiyası - 16.56%;

Ən sərfəli kredit üçün müraciət et

-              responsAbility tərəfindən odarə edilən investisiya fondları:

responsAbility SICAV (Lux) - 2.91%

responsAbility Management Company S.A. - 7.11%

-              Hollandiya İnkişaf Bankı (FMO) - 9.41%;

-              Avstriya İnkişaf Bankı - 9.17%;

-              SIFEM AG - 8.89%;

-              EFSE - 2.78%

-              Symbiotics SICAV (Lux.) - 2.27%

-              GGF - 1.77%

-              LFS Advisory GmbH - 1.27%

-              Qara Dəniz Ticarət və İnkişaf Bankı - 0.58% 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et