40 milyon dollarlıq məhsul ixrac edib | Banco.az

40 milyon dollarlıq məhsul ixrac edib

Keçən il “SOCAR Methanol” zavodunda 231 min ton metanol istehsal olunub.

Zavodda “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulun 95 faizdən çoxu ixraca yönəlib. Metanol əsasən Türkiyə, Qərbi Avropa və Aralıq dənizi hövzəsi ölkələrinə ixrac edilir.

İllik gücü 650 min ton olan “SOCAR Methanol” zavodunda bu il 350 min ton metanol istehsalı planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

2022-ci ildə metanol istehsalının illik 500 min tona çatdırılması nəzərdə tutulur.

SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC 2017-ci ildə 43 milyon dollarlıq, ötən il isə 40 milyon dollarlıq məhsul ixrac edib.

azərtac.az

Ən sərfəli krediti almaq üçün müraciət et