Hüquq departamenti / Korporativ hüquq şöbəsi / aparıcı hüquqşünas | Banco.az
Expressbank

Hüquq departamenti / Korporativ hüquq şöbəsi / aparıcı hüquqşünas

Vakansiya haqqında məlumat: 

Hüquq departamenti / Korporativ hüquq şöbəsi / aparıcı hüquqşünas.

Tələblər:

-  Ali hüquqi təhsil;
-  Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını və Azərbaycan Respublikası Mərkəzi Bankının normativ-xarakterli aktlarını bilməli;
-  Azərbaycan Respublikası mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını bilməli;
-  Azərbaycan və rus dillərində sərbəst danışıq (ingilis dilini bilən namizədlərə üstünlük verilir);
-  Korporativ hüquq sahəsində minimum 1-3 il iş təcrübəsi;
-  Komandada işləmək bacarığı.

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Vəzifə öhdəlikləri:

- Bank daxili təlimat, qayda və prosedurların layihələrinin hazırlanmasında iştirak etmək və bu sənədlərin təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər vermək;
- Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini və ya qüvvəsini itirməsi barədə təkliflər hazırlamaq;
- Qanunvericilik aktlarının və bank daxili normativ sənədlərinin uçotunu aparmaq;
- Mülki hüquqi əqdlərin hazırlanmasında iştirak etmək, onların hüquqi ekspertizasını həyata keçirmək və bunların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Bankın aidiyyati struktur bölmələrinin işçilərinə etibarnamələr hazırlamaq;
- Bankda daxili hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını həyata keçirmək;
- Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şürasının və İdarə Heyətinin iclas protokollarını, İdarə Heyəti üzrə əmr, sərəncamlarının hazırlanmasını və hüquqi ekspertizasının təşkil etmək;
- Bankın hüquqi sənədlərinin, o cümlədən Nizamnamə və idarəetmə orqanlarının Əsasnamələrinin hazırlanmasını və müvafiq dövlət orqanlarında dövlət qeydiyyatının həyata keçirilməsinin təşkil etmək;
- Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını və Azərbaycan Respublikası Mərkəzi Bankının normativ-xarakterli aktlarını;
- Azərbaycan Respublikası mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını bilmək.

E - mail : [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et