Expressbank | Banco.az

Expressbank

Ünvan: 
Bakı, AZ1069, Y.V.Çəmənzəminli 134C
Telefon: 
(+99412) 561 22 88; 561 30 88
Filialı: 
16
Bankomatlar: 
70
E-poçt: 
info@expressbank.az
CEO: 
Emin Məmmədov
Kredit
Rekvizitlər: 

"Expressbank" Açıq Səhmdar Cəmiyyəti

Ünvan: Azərbaycan, Bakı, AZ1069, Y.V.Çəmənzəminli 134C 

Tel: (+99412) 561 22 88, 561 30 88;

Faks: (+99412) 561 26 88;

E-mail: info@expressbank.az

VÖEN: 1500031691

M/H: AZ11NABZ01350100000000036944

Kod: 505099

S.W.I.F.T.: AZENAZ22

Call center: 
Tel: 132
Əlavə məl.: 

“Expressbank” ASC 1989-cu ildən 2010-cu ilə dək “Azərnəqliyyatbank” ASC kimi fəaliyyət göstərmişdir. 2008-ci ildə təşkilatı struktur daxil olmaqla bankda xeyli dəyişikliklər baş vermişdi. Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən və yeni strategiyaya uyğun olaraq, “Azərnəqliyyatbank” ASC yeni brend siyasətinin həyata keçirilməsinə başlamışdır. Bu prosesin nəticəsi olaraq bank adını “Expressbank” ASC-yə dəyişmiş və 4 mart 2010-cu il tarixində yeni brend altında qeydiyyatdan keçmişdir. 

Bankın yeni brendi, onun strateji baxışının, söykəndiyi mühüm dəyərlərin və qarşıya qoyduğu ambisiyaların yığcam təcəssümü olaraq öz müştərilərinə bir çağırışıdır. 

Bank, 2009-cu ilin sonunda yeni baxış və missiya hesabatını strateji planla birlikdə səhmdarların müzakirəsinə təqdim etmişdir. 

Bankın strateji baxışı- Expressbankı bazarda ən qabaqcıl təcrübə və yenilikləri tədbiq etməklə müştərilərə geniş və rahat maliyyə xidmətləri göstərən, müştərilərinin məmnuniyyətini əsas tutan və loyallığı təqdir edən bir brendə çevirmək əzmindəyik! 

ətraflı

Missiya hesabatı-Expressbank keyfiyyətli və uzun müddətli əməkdaşlığı dəyərləndirən və müştərilərə geniş çeşid maliyyə xidmətlərini rahat üsullarla təqdim edən Bankdır.

Yeni baxışa uyğun olaraq bank korporativ və riteyl yönümlü olaraq, yeni bank texnologiyalarından istifadə etməklə, müştərilərinə keyfiyyətli xidmət təklif edəcəkdir. Yeni strategiyanın hazırlanması zamanı dünyada baş vermiş maliyyə böhranının nəticələri, risk amillərinin yenidən qiymətləndirilməsi, səhmdarların baxışları və maliyyə sektorunda olan son meyllər nəzərə alınmışdır. Bununla belə, bank, daim müştəri xidmətinin keyfiyyət, sürət, rahatlıq baxımından inkişaf etdirilməsi üzərində işləyir və müştəri məmnunluğu bankın əsas məqsədlərindən biri hesab edilir. Bankın təklif etdiyi kredit və depozit məhsulları bazarda rəqabətliliyi ilə fərqlənir və gələcəkdə yeni məhsulların işlənib təqdim ediləcəyi nəzərdə tutulur. 

“Expressbank” ASC maliyyə institutları, banklar və digər fondlarla da hərtərəfli əməkdaşlıq əlaqələrini genişləndirir, belə ki, hazırda bank bir neçə xarici banklar və maliyyə institutları ilə danışıqlar aparır və bu sahədə əməliyyatlarını genişləndirmək niyyətindədir. Bank Visa və MasterCard beynəlxalq ödəniş sisteminin üzvüdür.

Bu günə bankın ölkə üzrə 17 filialı fəaliyyət göstərir ki, onlardan 5 rayonlardadır. Bankın səhmdarları yerli hüquqi şəxslərdir.

Rəylər

Salam. Azerenerji ve Alfanet optik internetin odenishleri internet vasitesile olsaydi daha yaxshi olardi. Evvelceden teshekkur edirem.

Press Reliz