Qara metal qırıntılarını emal sexlərinə satanlar vergi öhdəliyi daşıyırlar | Banco.az

Qara metal qırıntılarını emal sexlərinə satanlar vergi öhdəliyi daşıyırlar

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 101.6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə olunan gəlirlərindən xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Həmin Qanunun 3.5-ci maddəsində göstərilir ki, əlvan və qara metal qırıntıları vergi orqanlarında qeydiyyatda olmayan şəxslərdən nağd qaydada satın alına bilər.

Ən sərfəli kredit üçün müraciət et

Buna əsasən, vergi orqanında qeydiyyatda olmayan şəxs müxtəlif yerlərdən tədarük etdiyi qara metalları metal məmulatlarının emalı ilə məşğul olan vergi ödəyicisinə təqdim edən zaman satıcıya ödənilən məbləğdən ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutulur. Bununla da satıcı fiziki şəxs öz vergi öhdəliyini yerinə yetirmiş hesab edilir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et