Bankların bu ilki Novruz kampaniyaları | Banco.az

Bankların bu ilki Novruz kampaniyaları

Milli bayramımız olan Novruz öz xoş əhval-ruhiyyəsi ilə artıq indidən hiss edilməyə başlayıb. Bu bayram sevinc və bərəkətin rəmzidir. Banklarımız da müştərilərini, sevənlərini bu bayram çox intizarda saxlamadan kampaniyalarına start verdi. 

Bir-birindən maraqlı və sərfəli bayram kampaniyaları sizlər üçün bir yerə topladıq. Hər birindən yararlanmağa çalışın.

Bayramınız mübarək!

Ata Bank

AtaBank Novruz bayramı kampaniyası çərçivəsində Lider təcili pul köçürmə sistemi üzrə komissiyanı endirdi. 30.04.2018-ci il tarixinədək davam edəcək kampaniyada xidmət haqqı üzrə komissiyanın minimum həddi 0.9 %-dək endirildi.

Daha ətraflı: http://bit.ly/2FAR0z8

Azər Türk Bank

Daim müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank bu dəfə "Baharı faizsiz keçir" kampaniyasına start verdi. 15 mart tarixindən başlayaraq, aprel ayının 30-na kimi davam edəcək bu kampaniya çərçivəsində müraciət edənlərə bank hamı üçün sığortasız olan "İstehlak" krediti və əməkhaqqı kartı müştəriləri üçün nəzərdə tutulmuş "Korporativ" kredit məhsullarına güzəştlər tətbiq edir.

Daha ətraflı: http://bit.ly/2pfTCbc

Bank BTB

Sürətli ipoteka ilə artıq bu Novruz bayramını öz evinizdə keçirə bilərsiniz. 7 günə sənədləşmə ilə Bank BTB-dən ipoteka krediti əldə edə və arzuladığınız evə sahib ola bilərsiniz. Kreditin maksimal məbləği isə 150.000 manatadək artırılıb.

Bank of Baku

“Bank of Baku” Novruz Bayramı münasibətilə yeni kampaniyaya – 0% Kredit kampaniyasına start verir.

Hər zaman müştərilərinə yaxın bankçılıq xidməti göstərən və onların istəklərinə üstünlük verən Bank, elan etdiyi yeni kredit kampaniyası ilə bayram sevincinə sevinc qatacaq.

Belə ki, kampaniya müddəti ərzində kedit əldə etmiş şəxslər, növbəti ay əsas məbləği əlavə faiz olmadan ödəyərək kredit borcunu bağlaya bilərlər. Məsələn, bu ayın 19-da 1000 AZN kredit əldə etmiş şəxs, növbəti ayın, yəni aprelin 19-da, 1000 AZN ödəyərək kredit borcunu tamamilə, heç bir əlavə faiz ödəmədən bağlaya bilər.

Daha ətraflı: http://bit.ly/2FO1Qhn

Ən sərfəli kredit üçün müraciət et

Bank Respublika

Bank Novruz bayramı ərəfəsində bayram alış-verişinə hazırlaşan istehlak krediti müştərilərini “Bərəkətli Novruz” kampaniyası ilə sevindirir.

Cari ilin 12 mart – 12 aprel tarixləri arasında keçiriləcək kampaniya çərçivəsində “Bank Respublika” dan nağd kredit götürən müştərilər götürdükləri kreditin məbləğindən asılı olaraq balansında 100 manatadək məbləğdə MC GOLD LİTEdebet kartını HƏDİYYƏ olaraq əldə edə biləcək.

Daha ətraflı: http://bit.ly/2pdmRee

Beynəlxalq Bank

Müştərilərin bayram sevincinə sevinc qatan Azərbaycan Beynəlxalq Bankı Novruz bayramı münasibətilə yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində bankdan nağd pul krediti alan əmək haqqı və pensiya kartı sahibləri heç bir komisyon haqq ödəmədən kreditin illik faizində 2% endirim qazanacaqlar.

Bundan başqa, bankın ƏLA elektron şöbəsindəki (Bakı, Nizami küçəsi 67) avtomatlaşdırılmış depozit seyflərindən istifadə zamanı da əmək haqqı və pensiya kartı sahiblərinə seyf bir ay pulsuz icarəyə veriləcək. 

Daha ətraflı: http://bit.ly/2pe3gKJ

Express Bank

Daim maraqlı və sərfəli kampaniyaları ilə seçilən Expressbank bu dəfə 8 mart və Novruz bayramı münasibəti ilə inanılmaz bayram fürsəti – nağd pul kreditinə 8 faiz endirim - illik cəmi 20% ilə kredit təklif edəcək!

1-31 mart tarixləri arası keçiriləcək kampaniya çərçivəsində Siz bankın istənilən filialına yaxınlaşmaqla və ya bankın rəsmi saytından onlayn qaydada sifariş etməklə 15.000 – dək Asan nağd pul kreditindən faydalana bilərsiniz.

Daha ətraflı: http://bit.ly/2CZiYhF

Kapital Bank

Kapital Bank Novruz Bayramı münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir. Bankdan banco.az-a verilən məlumata görə, aksiya çərçivəsində Kapital Bank-dan kredit götürən hər kəsə illik faiz dərəcəsində 4% endirim edilir. 8 000 AZN-dək olan kreditlər isə zaminsiz verilə bilər. Aksiya 31 mart 2018-ci il tarixədək keçirilir.

Daha ətraflı: http://bit.ly/2FVJM8l

NBC Bank

"NBCBank" sizləri düşünərək Güzəştli Novruz kredit kampaniyasını təqdim edir. Bu Novruzu siz  iki qat sevinclə qarşılayacaqsınız. Beləki girovsuz  10000 manatadək məbləği illik cəmi 22%lə 36 ay müddətinə əldə edə biləcəksiniz.

Güllü Nağıyeva

Ən sərfəli krediti almaq üçün müraciət et