Blockchain texnologiyası və onun inkişaf prespektivləri | Banco.az

Blockchain texnologiyası və onun inkişaf prespektivləri

Hazırda maliyyə sektorunda ən çox müzakirə olunan mövzulardan biri də Blockchain (blokçeyn) texnologiyası və onun tətbiq istiqamətləridir. 2017-ci ilin əvvəlindən başlayaraq  bir çox ölkələrdə artıq dövlət səviyyəsində bu texnologiyaya maraq sürətlə artmaqdadır və ciddi şəkildə araşdırmalar aparılır.

Azərbaycan reallığında faktiki olaraq bir çox banklar, maliyyə təşkilatları və həmçinin dövlətin iqtisadi qurumları blockchain texnologiyası barədə nəinki maraqlanmırlar hətta heç xəbərləri belə yoxdur. Texnologiyanın inkişafının sürətləndiyi bir vaxtda bu cür laqeyidliyin  nəticəsini isə yaxın 3-5 ildən sonra daha çox hiss edəcəyik.

Bəs blockchain texnologiyasının mahiyyəti nədir, necə yarandı və hansı inkişaf prespektivləri var?  Bu sualları maksium qısa və aydın şəkildə izah etməyə çalışacam. Başlayaq!

Blokchain texnologiyasının tarixi 2009-cu ildə ilk kriptovalyuta olan Bitcoin-in yaranması ilə başlayır. Bildiyimiz kimi pulun özünün heç bir dəyəri yoxdur və adi kağız parçasıdır. Pul ona görə dəyərə sahibdir ki, biz onu dəyərli olaraq qəbul edirik. Yəni pul formasında olan dəyərin arxasında hər hansı bir iqtisadi gücün olması şərtdir. Misal üçün: ABŞ dolları ona görə dəyər sahibidir ki, onun arxasında Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı durur. Bəs bitcoində necə? Bitcoinin arxasinda isə heç bir dövlət durmur, sadcə internet. İnternet isə heç kimin deyil. Bu zaman sual yaranır bitcoin özü necə işləyir? Ənənəvi maliyyə sistemində pul əməliyyatları banklar vasitəsi ilə həyata keçirilir və pulun kimdən və hara getdiyini görmək mümkündür. Bitcoində isə pul və tranzaksiyanın özü rəqəmsaldır. Hər bir tranzaksiya kriptoqrafik şifrə formasında göndərilir. Bir sözlə istifadəçilər bir birinə bitcoin göndərən zaman şifrələnmiş rəqəm və hərflərdən ibarət uzun bir kod görür. Bu kodlar isə sistem istifadəçiləri arasında kollektiv inam prinsipinə əsasən pul formasında bir dəyər kimi qəbul edilirsə deməli bitcoin onlar arasında dəyərlidi. Sistem isə özü bu kodu pul kimi görür, qəbul edir və qeydiyyata alır. Bu sistemin adı – Blockchain-dir!

Blockchain ingilis dilində hərfi tərcüməsi: block – blok, chain – zəncir. Burda blok anlayışı dedikdə hər hansı bir məlumat və ya əməliyyatın kriptoqrfik yazıldığı format başa düşülür. Sadə dildə belə tərif vermək olar:  Blockchain –məlumat və ya əməliyatların online rejimdə qeydiyyatı jurnalıdır. Blockchain daxilində hər bir kod (34 simvoldan ibarət) unikaldır və kopyalana bilməz. Həmçinin blokçeyndə mərkəzləşdirlimiş yoxlama mexanizmi yoxdur, məlumatlar istifadəçiləri üçün açıqdır və bununla belə sistemdəki hər hansı informasiyaya kənardan müdaxilə demək olar ki, qeyri-mümkündür. Bunun üçün iki əsas səbəb var:

  • Xüsusi proqram təminatı və mürəkkəb alqoritmlər;
  • Güclü konfiqurasiyaya malik kompyuter-mayninq şəbəkəsinin olması.

Blockchain texnologiyasının iki əsas xüsusiyyəti var:

  • Sistemdaxili məlumatların dəyişdirilməsi mümkün deyil. Blockchain ele qurulub ki, hər hansı bir məlumatı (blok) dəyişmək istəsək zəncirvari bütün məlumatlar dəyişdirilməlidir.
  • Mərkəzləşdirlilmiş reyesterin olmaması. Bu o deməkdir ki, blokçeyndə istifadəçilər arasında bir-birinə etibar etmələrinə ehtiyac belə yoxdu. İstənilən məlumat və ya əməliyyat avtomatik olaraq şəbəkədə qeydiyyata alınır və hər bir istifadəçi rahat şəkildə verilənlər bazasında bütün məlumatlara baxa bilər. Həmçinin sizin kompyuter zədələnərsə və ya xaker hücümuna məruz qalarsa narahat olmağa dəyməz çünki blokçeynin verilənlər bazası bütün istifadəçilər arasında var. Eyni vaxtda isə bütün kompyuter şəbəkəsinin sırdan çıxması da mümkün deyil.

İBM şirkətinin biznesin qiymətləndirilməsi üzrə institutu (İBM, İnstitute of Business Value) 16 ölkədən olan 200 bank arasından “blokçeyn texnologiyasından gözləntilər” haqqında sorğu aparmışdır. Sorğunun nəticəsinə əsasən (www.ibm.com) məlum oldu ki, bankların 15%-i artıq 2017-ci ildə öz fəaliyyətlərində blokçeyn texnologiyasından istifadə edəcəklər. Bu bankları novator banklar da adlandırmaq olar ki, onlar hesab edirlər ki, bu texnologiyadan istifadə etməklə yeni biznes modellər yaradaraq daha geniş bazarlara çıxış imkanları əldə edə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

2017-ci ilin yanvar ayında avropanın yeddi bankı – HSBC, Deutsche Bank, KBC, Societe Generale, Natixis, Rabobank və UniCredit yeni blokçeyn-proyekt olan Digital Trade Chain (DTC) üzrə əməkdaşlıq memarandumu imzalayıblar. Əsas məqsəd bankların öz müştəriləri üçün daha sürətli, effektiv və maksimum təhlükəzsiz bank xidmətləri təqdim etməkdir.

Dünyanın bir çox nüfuzlu bankları və maliyyə təşkilatları iki il əvvəl rəqəmsal valyutalara skeptik yanaşırdılarsa hazırda onlar kriptovalyutalar (əsasən bitcoin) ilə daha yaxından maraqlanmağa başlayıb və blokçeyn texnologiyasını tətbiq etməklə artıq 2018-ci ildə rəqəmsal pullarla işləməyin mümkün olacağını bəyan ediblər.  “İnternational Business Times” -in (www.ibtimes.com) tədqiqatına əsasən aşağıdakı banklar yaxın gələcəkdə rəqəmsal pullar ilə işləyən pioner banklar sırasında olacaq: BNP Paribas, Societe Generale, Citi Bank, Bank of New York Mellon, UBS, Barclays, DBS Bank, Standard Chartered, Banco Santander. Bu bankların bir çoxu hətta öz ölkəri üçün milli kriptovalyutalarının buraxılmasını da təklif  ediblər. Banklar hesab edir ki, blokçeynin tətbiqi yeni imkanlar yaratmaqla bərabər vaxt və xərclərə qənaət etməklə kreditləşmə və pul köçürmə əməliyyatlarında riskləri minumuma endirmək mümkündür.

İlkin dövrlərdə blokçeyn texnologiyasını yalnız kriptovalyuta əməliyyatlarında və maliyyə sektorundaistifadə olunması düşünülürdüsə hazırda bu texnologiyanı istənilən digər qeyri-maliyyə sektorlarında da tətbiqi araşdırılır. Nümunə üçün aşağıdakıları göstərmək olar:

  • Blokçeyn ekoloji mühitin təmiz saxlamasına öz töhvəsini verə bilər Belə ki, təbii resursların çıxarılması, emalı və daşınmasında blokçeyin tətbiq edilərsə buda öz növbəsində ətraf mühitə neqativ təsiri azalda bilər. Vasitəçilər nə qədər az olarsa ətraf mühitin qanunsuz istifadəçiləri də az olar və zərərli tullantılardan  daha effektli müdafəni təşkil etmək olar.
  • Müsiqiçilərə blokçeyn daha gözəl imkanlar yaradır ki, artıq onlar öz müsiqilərini vasitəçi-səsyazma studiyalarının köməyi olmadan birbaşa öz izləyicilərinə çatdıra biləcək. Bu zaman hər dinləməyə görə ödəniş vasitəçi olmadan birbaşa müəllifin öz hesabına köçürüləcək.
  • Media sahəsində də blokçeynin tətbiqi nəticəsində hər bir jurnalisintin yazdığı məqaləyə görə oxuma traffikinə əsasən hansısa miqdarda pul vəsaiti daxil olacaq ki, bunun sayəsində ən çox oxunan məqalə sahibi olan jurnalistlər daha çox qazanacaqlar.
  • Blokçeynin tətbiqi həmçinin özünü Notraius xidmətinə təsirini göstərəcəkdir.  Bütün məlumatlar  verilənlər bazasında olduqdan sonra artıq notarisun yenidən təsdiq etməyinə ehtiyac qalmayacaq. Bununla da zaman və pulunuza qənaət etmiş olacaqsız.

Fikrimcə blokçeynin özünü də internetin bir icadı hesab etmək olar. Lakin blokçeynin tətbiqinin gecikdirən əsas amil qanunvericilik, huquqi bazanın olmamasıdır. Bu faktorun olmaması bir çox hallarda qeyri-müəyyənlik yaradır. Texnologiyanın tam etibar qazanması üçün müəyyən standartlara (əsasən dövlət) uyğun olmalıdır. Standartlar yoxdursa uyğunluqda olmayacaq.

 

Elnur Quliyev

Cryto Consulting / Direktor

Ən sərfəli krediti almaq üçün müraciət et