Hansı banklar taksit kartı təklif edir? | Banco.az

Hansı banklar taksit kartı təklif edir?

Bu gün kimilərinin sevimlisi, kimilərinin isə qorxulu yuxusuna çevrilən Taksit kartları barəsində olan araşdırmamızı təqdim edirik.

Taksit kartı– bərpa olunan kredit xətti ilə müştərilərə pulsuz (bəzi hallarda ödənişli) təqdim edilən, müxtəlif üstünlüklərə malik kredit kartıdır.

Ən sərfəli taksit kartı hansıdır? Yeni 2021

Taksit kartları sizlərə Banklarla tərəfdaş olan ticarət / xidmət yerlərində mal və xidmətlərin dəyərini Taksit kartı ilə ödəmə imkanı təqdim edir. İstifadə edilən məbləğ faiz hesablanmadan (bəzi hallarda faizlə) Banka bərabər hissələrlə tərəfdaşdan asılı olaraq 1, 2, 3, 6, 12 və ya 18 aya ödənilir.

Taksit kartları ilə həmçinin bankların bankomatlarından müəyyən məbləğdə nağd pul çıxarmaq olar. İstifadə edilən məbləğ müəyyən komissiya ilə Banka bərabər hissələrlə bir neçə aya ödənilir.

Kart üzrə borc müvafiq aylar ərzində hər ayın müvafiq tarixinədək Banka ödənilir. Ödənilən məbləğ kart hesabına mədaxil olunur və yenidən istifadə edilə bilər.

Ödəniş müddətində borca faiz hesablanmır(bəzi kartlarda hesablanır) , lakin gecikmə olduqda cərimə faizi hesablanır.

Ölkəmizdə baş verən devalvasiyalardan sonra taksit kartlarının ödənişi və yenidən verilişində müəyyən axsaqlıqlar yaşansa da, artıq demək olar ki, çox taksit kartının sifarişi aktivləşib. Lakin, şərtlər əvvəlki dövrlərlə müqayisədə daha ciddiləşib deyə bilərik. 

Siz  Bank of Baku (Bolkart), Unibank (Albalı Plus),  Kapital Bank (BirKart), Expressbank (Smilecard), ASB Bank (Extra Card), Yapı Kredi Bank Azərbaycan (Worldcard) və Bank Respublika-nın (Paykart) taksit kartlarından faydalana bilərsiniz.

Qeyd edək ki, taksit kartı almaq üçün şəxsiyyət vəsiqəsi və iş yerinə dair arayış və ya kartdan çıxarış tələb olunur. Əmək haqqı üçün qoyulan tələb limiti isə bankdan banka fərqlənir. 

Aşağıdakı şəkildə cədvəldə Bankların təqdim etdikləri taksit kartlar üzrə göstəricilər ilə tanış ola bilərsiniz.

Kartın adı

Limit

Kartın qiyməti

Kartın müddəti

Əmək haqqı 

tələbi

Albalı Plus Gold1

300-5000 AZN

20 AZN

60 ay

500 AZN

(min.)

BirKart2

100-10.000 (AZN)

15 AZN

36 ay

        135 AZN (min.)

Bolkart Gənc3

200-10.000 (AZN)

10 AZN

60 ay

205 AZN

(min)

Smilecard 12

300-3.000 AZN

Pulsuz

48 ay

Təhlil aparıldıqdan sonra müəyyən edilir

Extra Cart4

Əmək haqqının 2 misli

15 AZN (min)

36 ay

Yoxdur

Paykart

500-3000 (AZN)

Pulsuz

60 ay

250 AZN

(min)

Worldcard

Classic

Təhlil aparıldıqdan sonra müəyyən edilir

Pulsuz

60 ay

250  AZN

(min)

Ən sərfəli kredit üçün müraciət et

Məlumatlar banklarla əlaqə saxlanılaraq öyrənilmişdir.

  1.  Hal-Hazırda sadəcə Albalı Plus Gold və Albalı Plus Standart taksit kartlarının sifarişi mümkündür. 
  2.  Ölkəmizin istənilən bankından maaş və ya pensiya alan şəxslər BirKart taksit kartı əldə etmək üçün müraciət edə bilər. BirKart əldə etmək üçün hazırki iş yerində 6 aylıq iş təcrübəsi (Kapital Bankdan maaş alanlar üçün 3 ay) tələb olunur. Pensiyaçılar üçün isə belə bir tələb yoxdur. BirKartla ilk 90 gün ərzində 3 dəfə 10 AZN-lik əməliyyat etdikdə müştəri kartın 1 illik ödənişindən azad olur
  3. Bolkart-ın digər növləri haqqında ətraflı məlumat üçün buraya klikləyin.  
  4. Extra kart almaq üçün 1 nəfər zamin tələb olunur, kart haqqında ətraflı məlumat üçün ASB bankın istənilən filiallarına yaxınlaşmaq bəs edir.

Ən sərfəli krediti almaq üçün müraciət et