Müəllif:Mehin Qasımova/Banco.az
ABŞ-ın neft ehtiyatları həftə ərzində 1,44 milyon barel artıb.
Banco.az ölkənin Energetika Nazirliyinə istinadən xəbər verir ki, həftə ərzində ehtiyatlar 1,4 milyon barel artıb.
Beləliklə, ABŞ-ın kommersiya neft ehtiyatları 448,5 milyon barrelə yüksəlib.Verilən məlumata görə, hazırkı rəqəmlər son beş ilin orta göstəricisindən bir faiz aşağıdır. Həmçinin həftə ərzində ölkədə benzin ehtiyatları 4,5 milyon barel (-1,8 faiz) azalıb.
Enerji ehtiyatları və hasilatı ilə bağlı statistik məlumatların dərci fonunda dünya bazarında neftin qiymətinin artımı sürətlənib. Brent markalı neftin may fyuçerslərinin qiyməti 2,05 faiz artaraq 83,72 dollar/barel olub. Texas WTI markalı neftin aprel fyuçersləri 2,73 faiz bahalaşaraq 80,28 dollar olub.
Bizi sosial şəbəkələrdən izləyin!!