Yüklənməsi üçün internetə ehtiyac olmayan, bir cihazdan digərinə göndərilə bilən tətbiqlər | Banco.az

Yüklənməsi üçün internetə ehtiyac olmayan, bir cihazdan digərinə göndərilə bilən tətbiqlər

Azərbaycanda erməni təxribatının qarşısını almaq məqsədilə internetin məhdudlaşdırılması bəzi tətbiqlərin yüklənməsində çətinlik yaradıb.

Yüklənməsinə ehtiyac olmayan, bir cihazdan digərinə göndərilə bilən tətbiqləri təqdim edirik:

Telegram son zamanlar WhatsApp-la müqayisədə daha sürətlə məşhurlaşan, amma qismən az istifadə olunan mesajlaşma tətbiqidir. Digər oxşar tətbiqlərdən daha güvənli olması ilə seçilir.

Pidgin, XMPP protokolundan istifadə edən, açıq mənbəli, çox platformalı mesajlaşma tətbiqidir. XMPP Slack, AIM, ICQ, IRC və Yahoo Messenger hesablarına daxil olmağa icazə verir.

GIMP Photoshop-un bir sıra xüsusiyyətlərini ödənişsiz təqdim edən şəkil redaktə tətbiqidir.

PNotes kompüterlərə yüklənən, istifadəsi digərləri ilə müqayisədə daha rahat olan qeyd kitabçasıdır. Tətbiqi hər hansı fərdi məlumat daxil etmədən kompüter və ya iPad-ə köçürərək istifadə etmək mümkündür. Onun internet vasitəsilə yüklənməsinə ehtiyac yoxdur.

Skype Portable, Skype-ın internetdən yüklənməsinə ehtiyac olmayan, cihazlar arasında daşına bilən versiyasıdır. Həmçinin tətbiqə ödəniş etməklə mobil telefonlar arasında mesajlaşma da mümkünüdür.

Ən sərfəli kredit üçün müraciət et

ClamWin Portable ödənişsiz virus axtarıcısıdır. Tətbiq öncə Linux üçün nəzərdə tutulsa da, sonradan Windows versiyası da yaradılıb. 80.788 ədəd virusu aşkarlaya bilir.

FileZilla Portable internet zəif olduğu üçün yarımçıq kəsilən yükləmələri davam etdirən tətbiqdir. Kompüter və mobil telefonlar arasında daşına bilir.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et