Bankların kredit portfeli 270 mln. manatadək artıb | Banco.az

Bankların kredit portfeli 270 mln. manatadək artıb

Mart ayında bankların kredit portfeli 1.1% və ya 269.6 mln. manat artaraq 24,102.6 mln. manat olub.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 54.8% (13,201.5 mln. manat)

ıı) istehlak kreditləri – 29.6% (7,141.9 mln. manat) 

ııı) ipoteka kreditləri – 15.6% (3,759.2 mln. manat)

Qeyd edək ki, mart ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 137.8 mln. manat (+1.1%), 64.6 mln. manat (+0.9%) və 67.2 mln. manat (+1.8%) artıb. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.9% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et