Yellen Dünya Bankı üçün kapital artımı istəmədiklərini bildirib | Banco.az

Yellen Dünya Bankı üçün kapital artımı istəmədiklərini bildirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Maliyyə Naziri Canet Yellen Dünya Bankı üçün kapital artımı tələb etmədiklərini açıqlayıb.

Banco.az xəbər verir ki, Yellen Nazirliyin 2024-cü maliyyə ili üzrə beynəlxalq proqramların icrası üçün tələb etdiyi büdcəyə dair ABŞ Nümayəndələr Palatasında keçirilən dinləmələrdə iştirak edib.

Buradakı çıxışında Dünya Bankı üçün kapital artımı tələb etmədiklərini dilə gətirən Canet Yellen, “Biz özəl resursların, eləcə də Dünya Bankının sərmayəsinin daha yaxşı səfərbər edildiyini görmək istəyirik, lakin hazırda kapitalın artırılmasına can atmırıq”, deyə əlavə edib.

Yellen bildirib ki, onlar Dünya Bankının böyük ölçüdə mövcud resurslarını artırmaq, innovativ maliyyələşdirmə siyasətlərini qəbul etmək və özəl maliyyəni səfərbər etməklə iqlim dəyişikliyi və digər qlobal böhranlarla mübarizə çərçivəsindəki kreditləşməni genişləndirməsini istəyirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et