Yaxşı satış məsləhətçisi olmaq üçün bunları bilməlisiniz! | Banco.az

Yaxşı satış məsləhətçisi olmaq üçün bunları bilməlisiniz!

Hər gün müxtəlif sektorlarda rəqabətin daha da artdığının şahidi oluruq. Rəqabət artdıqca, müştəriyə yönəlmiş satış da ön plana çıxır. Vəziyyət belə olduqda, pərakəndə sektorunun onurğa sütunu olan satış məsləhətçilərinə də çox yük düşür. Məsələn, qızğın rəqabət şəraitində satış məsləhətçiləri satışları, mənfəəti artırmalı, üstəgəl mağazaya daimi müştərilər də qazandırmalıdır. Sual oluna bilər ki, bəs mağaza satış məsləhətçiləri daha yaxşı göstəricilər təqdim etmək üçün nələr etməlidirlər?

Azərbaycanda pərakəndə sektoru inkişaf etdikcə, ən çətin iş də yuxarıda qeyd etdiyimiz kimi satıcıların üzərinə düşür. Şiddətli rəqabətin yaşandığı bir sektorun içində çalışarkən satışları artırmaq, müştərini əldə tutmaq, uğurun davamlılığını təmin etmək isə öncəlikli performans göstəricisi olaraq müəyyənləşdirilir. Müştəri ilə daim ünsiyyətdə olan satış komandasının uğuru, əlbəttə ki, markanın bazardakı yerini müsbətə doğru dəyişə bilər. Bu səbəbdən də mağaza müdirləri satış komandasının motivasiyasını artırmaq üçün müxtəlif tədbirlər həyata keçirirlər. Yenə də qayıdaq əsas sualımıza... Satıcılar necə uğurlu ola bilər?

Aşağıda sizə bəzi məsləhətlər təqdim edirik.

Satdığınız məhsulun ilk istifadəçisi siz olun

Satış personalının satacaqları məhsul və ya xidməti doğru bir şəkildə öyrənməsi, o məhsulun bütün özəlliklərini doğru şəkildə müştəriyə çatdıra bilməsi lazımdır. Məhsul və ya xidmət, satdığınız şey hər nədirsə, ilk istehlakçısının siz ya da sizə çox yaxın insanlar olmasına diqqət edin. Satdığınız məhsulun funksiyasını, faydalarını və üstünlüklərini öyrənin.Rəqiblərinizin məhsullarını da öz məhsullarınız qədər araşdırın. Belə olduqda siz müştəriyə öz məhsullarınızın üstün tərəflərini izah edə biləcəksiniz. Çalışın, qeyd etdiyimiz satıcılar kateqoriyasına düşə biləsiniz.

Motivasiyanızı güclü saxlayın

Uğurlu bir satıcı üçün motivasiyanın yüksək olması vacibdir. Bu, peşədə sizin təklifləriniz müştərilər tərəfindən tez-tez rədd olunacaq. Elə buna görə də, siz maksimum çalışmalısınız ki, mənfiyə yox, məhz müsbətə fokuslanasınız. Bəli, düşünə bilərsiniz ki, “Yox, bu da alıcı deyil!”. Çalışın ki, çox asan ruhdan düşməyin və unutmayın ki, bu situasiya ilə qarşılaşan tək siz deyilsiniz!.

Ən sərfəli kredit üçün müraciət et

Bir məsləhətçi kimi rəftar edin

Satış və satınalma prosesinin əsasında ehtiyac dayanır. Satış komandası çevik şəkildə müştərilərin ehtiyaclarına cavab verməlidir və çətin şəraitdə belə həll yolu tapmalıdır. Bu səbəblə müştərilərə “satınalma ümidi” ilə yaxınlaşmayın. Uğurlu olmaq üçün müştərinizi yaxşı dinləyin, ehtiyaclarını öyrənmək üçün diqqətli olaraq sual verin. Çalışın müştəri ilə ünsiyyətdə məsləhətçi kimi rəftar edəsiniz və onların ehtiyaclarına uyğun tövsiyələr verəsiniz.

Çalışarkən istəkli olun

Siz işinizdən bezə bilərsiniz. Amma yadda saxlayın ki, işindən bezmiş satıcıya heç bir müştəri məhsul haqqında sual vermək, hətta ondan alış-veriş belə etmək istəməyəcək. Bezmiş və istəksiz görünmək, verilən suallara istəksiz cavablar vermək, müştərinin mağazadan getməsinə səbəb ola bilər. Məqsəd müştərilərin ehtiyaclarına uyğun məhsul təqdim etməkdir. Bu məhsulları satmaq üçün isə siz işinizi görən zaman istəkli olmalı və işinizi sevgi ilə yerinə yetirməlisiniz.

Özünüzə görə bir metod tapın

Hər uğurlu işçinin özünə aid bir çalışma prinsipi və strategiyası var. Hədəf kütlənizi yaxşı tanıyın, xəyal gücünüzdən istifadə edin və tərzinizi yaradın. Uğurlu bir satış strategiyası ilə potensial müştəriləri real bir alıcıya çevirin. Müştəridə güvən formalaşdırmaq ən strateji faktordur. Tərzinizi formalaşdırarkən bu nüansı yadda saxlayın.

Ünsiyyətinizin dərəcəsinə diqqət edin

Satış komandasının istənilən üzvi yüksək ünsiyyət bacarıqlarına sahib olmalıdır. Yaxşı satış məsləhətçisi sosial olmalı, müştəri ilə canayaxın şəkildə ünsiyyət qurmalı, axıcı, səlis şəkildə danışmalıdır. Axıcı, səlis danışmaq ilə çox danışmaq arasında da çox ciddi fərq mövcuddur. Unutmayın ki, rəhbərlər hər zaman birinci sadaladığımız xüsusiyyətlərə sahib olan satıcıların axtarışındadır.

Facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et