Yaşamaq üçün ən yaxşı ölkələrin siyahısı açıqlanıb | Banco.az

Yaşamaq üçün ən yaxşı ölkələrin siyahısı açıqlanıb

ABŞ-ın “U.S News and World Report” jurnalı dünyanın yaşamaq üçün ən münasib 70 ölkənin reytinq cədvəlini tərtib edib.

Reytinq 9 kriteriya – sahibkarlığın inkişafı, turistlər arasında populyarlıq, öz vətəndaşlarına münasibət (insan haqlarının qorunması, ekologiya, gender bərabərliyi), mədəni təsir, tarixi irs, potensial inkişaf, biznes üçün açıqlıq, hərbi güc və həyat keyfiyyət əsasında hazırlanıb.

ABŞ jurnalı yaşayış üçün ən yaxşı ölkələrin siyahısına İsveçrə (1), Kanada (2), Yaponiya (3), Almaniya (4) və Avstraliyanı (5) daxil edib.

Azərbaycan 61-ci, qonşu ölkələrdə Rusiya 23-cü, Türkiyə 35-ci, Qazaxıstan 66-cı yerdə qərarlaşıb.

modern.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et