Yaponiyanın ixracı ötən ay artıb | Banco.az

Yaponiyanın ixracı ötən ay artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyanın ixracı mart ayında artım göstərib.

Banco.az xəbər verir ki, Yaponiyanın ixracı avtomobillərə və yarımkeçiricilərə artan tələbin təsiri ilə mart ayında ardıcıl dördüncü aydır ki, artıb.

Yaponiyadan başqa ölkələrə ixrac mart ayında illik 7,3 faiz artıb. Bu artım fevralda 7,8 faiz idi.

Ölkəyə idxal isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalıb. Fevral ayında Yaponiyanın idxalı 0,5 faiz artmışdı.

Bununla da, Yaponiyanın ticarət kəsiri 366,5 milyard yenə (2,37 milyard dollar) çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et