Yaponiya Mərkəzi Bankı əməkhaqqı artımları ilə bağlı bəyanat yayıb | Banco.az

Yaponiya Mərkəzi Bankı əməkhaqqı artımları ilə bağlı bəyanat yayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya Bankı (BoJ) cari maliyyə ili üzrə çoxdan gözlənilən əməkhaqqı artımlarına daha çox inam olduğunu bəyan edib.

Banco.az xəbər verir ki, Yaponiya Mərkəzi Bankının bazar ertəsi (1 may) açıqladığı tam rüblük iqtisadi hesabatında qeyd olunub:

“Ehtimal ki, bu il planlaşdırılmış pul gəlirlərinin artım tempi aydın şəkildə özünü biruzə verəcək. Bu, çox güman ki, şəxsi istehlakı dəstəkləyəcək.”

Hesabatda bildirilir ki, mərkəzi bankın sədri Kazuo Uedanın əsas diqqəti keçən həftə keçirdiyi ilk pul siyasəti iclasında tutduğu mövqedən sonra davamlı əməkhaqqı qazanclarına yönəlməkdədir. O, mərkəzi bankın monetar strategiyasındakı rolunu vurğulayaraq əmək haqqı artımın əhəmiyyətinə aydınlıq gətirib.

BOJ-dan bildirilib ki, indiyə qədər aparılan əmək haqqı danışıqlarının nəticələri nəinki böyük müəssisələr, həm də kiçik şirkətlər üçün mühüm qazanclar vəd edir. Qeyd edilib ki, 99 və ya daha az işçisi olan kiçik şirkətlərdə bu ilki ümumi əməkhaqqı artımı keçən ilin 1,9 faizlik göstəricisi ilə müqayisədə 3 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Yaponiyanın Rengo həmkarlar ittifaqının statistikasına görə, yarımştat çalışan işçilər arasında da maaşlar artır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et