Yaponiya Mərkəzi Bankı da faiz qərarını elan edib | Banco.az

Yaponiya Mərkəzi Bankı da faiz qərarını elan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya Mərkəzi Bankı həddindən artıq aşağı faiz dərəcələrini saxlayıb.

Banco.az xəbər verir ki, Yaponiya Bankı (BOJ) bu gün açıqladığı qərara görə, mərkəzi bank həddindən artıq aşağı faiz dərəcələrini və bu il inflyasiya tempinin zəifləyəcəyinə dair proqnozunu saxlayaraq kövrək iqtisadi bərpanı dəstəkləməyə yönəlib.

BOJ cümə günü başa çatan iki günlük iclasında gözlənildiyi kimi qısamüddətli faiz dərəcəsi hədəfini -0,1 faiz, 10 illik istiqraz gəlirləri üçün isə 0 faiz ətrafında saxlayıb.

Qeyd edək ki, mərkəzi bank Yaponiyanın 2 faizlik qiymət sabitliyi hədəfinə davamlı şəkildə nail olmaq üçün stimulları davam etdirməyə qərar verib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et