Yaponiya iqtisadiyyatı ilə bağlı məyusedici nəticələr açıqlanıb | Banco.az

Yaponiya iqtisadiyyatı ilə bağlı məyusedici nəticələr açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya iqtisadiyyatı III rübdə gözlənilmədən daralıb ki, bu, ötən 1 ildə ilk daralma olub.

Banco.az xəbər verir ki, qlobal tənəzzül riskləri, yenin zəifləməsi və kəskin artan idxal xərcləri ev təsərrüfatı xərclərinə və biznes fəaliyyətlərinə təzyiq göstərərək Yaponiya iqtisadiyyatının üçüncü rübdə əvvəlki rübə nəzərən 1,2 faiz daralmasına səbəb olub.

İqtisadçılar isə sözügedən dövrdə 1,1 faiz artım gözləyirdilər. 

Üçüncü rübdə ÜDM də əvvəlki rüblə müqayisədə 0,3 faiz azalıb. Proqnozlar 0,3 faiz artım istiqamətində idi.

Qeyd edək ki, Yaponiya iqtisadiyyatının yarıdan çoxunu təşkil edən özəl istehlak isə üçüncü rübdə 0,3 faiz artsa da, ekspertlər 0,2 faiz artım gözləyirdilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et