Yapon idarəetməsinin sirləri - Araşdırma | Banco.az

Yapon idarəetməsinin sirləri - Araşdırma

Texnologiyanın sürətlə inkişaf etdiyi Yaponiyanın rolu dünya bazarında rolu hədsiz dərəcədə əhəmiyyətlidir. 127 milyonluq əhali ilə şərqin 7 minə qədər adasını özündə birləşdirən bu dövlətin bu qədər inkişaf etməsinin səbəbi nədir?

Maraqlısı da burasındadır ki, bu inkişaf Yaponiya sərhədlərindən kənarda da özünü göstərirdi. Məsələn, ABŞ-da olan yapon avtomobil şirkətində amerikanların çalışmasına baxmayaraq yenə də bu şirkət irəliləməsi hər kəsin diqqətini cəlb edir.

Bu gün sizə yapon idarəetməsinin sirlərindən bəhs edəcəyik. Gəlin onların idarəetmə sistemlərinin bir neçəsi ilə tanış olaq.

1. Ho-Ren-So

Ho ("Houkoko” sözünün qısaldılması) məlumat, hesabat vermək mənasını verir. Ren (Renraku) sözünün yaponcadan tərcüməsi məlumatlandırmaq, əlaqə qurmaq,So isə (Soudan) məsləhət vermək deməkdir. Yəni, idarəetmənin hansı hissənində problem yaranmasından asılı olmayaraq, problemlərlə qarşılaşan hər bir işçi bununla bağlı əlaqədar şəxsi məlumatlandıraraq məsələhətləşirlər və birlikdə həll yolu tapırlar. Elə yaponların da idarəetmə sirləri buradan başlayır. Amerikalılardan fərqli olaraq yaponlar meydana çıxan problemləri özləri deyil, paylaşıb məsləhətləşərək həll etməyə üstünlük verirlər. Necə deyərlər, ağıl ağıldan üstündür.

2. Kaizen

Kaizen yapon idarətməsinin ən çox istifadə olunan bir hissəsidir. Bu müştəri üçün yüksək keyfiyyət və dəyər yaratma fəlsəfəsidir. Kaizen sözü yaxşıya doğru dəyişikliyi ifadə edir (kai-change, zen-good). Lakin bu dəyişiklik radikal deyil, prosesin hər mərhələsində inkişaf üçün kiçik dəyişikliyi nəzərdə tutur. Bu idarəetmə 2 prinsipə əsaslanır: birincisi, yalnız idarəetmə intizamı ilə məhdudlaşmır, biznes prosesinin hər bir hissəsinə nüfuz edir. İkincisi isə, bu davamlı olaraq yalnız rəhbərlər tərəfindən deyil şirkətin bütün işçiləri ilə birgə həyata keçirilir.

Qərblə şərq arasında dəyişiklik anlayışına fərqli konsepsiyada baxılır. Şərqin də uğurunun sirri də məhz bundadır. Belə ki, qərb dəyişiklik dedikdə, radikal dəyişikliyi nəzərdə tutduğu halda, şərqdə bu tamam fərqlənir. Yaponların dəyişiklik anlayışı proses zamanı cuzi dəyişiklərdən ibarətdir. Məsələn, komanda rəhbəri öz stolunu otağın bir küncündən digər küncünə dəyişməklə işçilər arasındakı ünsiyyəti yaxşılaşdırmaqla iş prosesininin effektivliyini artıra bilər.Yaponların düşüncəsinə görə kənardan xırda görünən hər hansı bir dəyişiklik uzun müddətli olaraq biznesi əhəmiyyəli dərəcədə inkişaf etdirə bilər.

Kaizen idarəetməsinin 2 növü fərqəndirilir: Gemba və Teian. Gemba metodu fəaliyyətə yönümlü olub, iş mühitində gündəlik görülən işlərin daim yaxşılaşdırılmasına yönəlik dəyişiklikləri özündə əks etdirir. Teina isə biznesə proseslərinə yenilərinin tətbiqini nəzərdə tutur.

Kaizeni sadə dillə izah etsək, bu sanki çəki atmaq üçün pəhriz saxlayan şəxsə bənzəyir. Bunu tamamilə yeməyi azaldaraq deyil, sadəcə hər dəfə cuzi azalmaqla məqsədə sağlam şəkildə çatmaq olar. Bu prosesin sonu o zaman uğurlu olur ki, bu azalma (dəyişiklik) davamlı baş versin.

Image result for changes

3. Total Quality Management

Ümumi keyfiyyətli idarəetmə adından da göründüyü kimi bütün təşkilati idarəetməni əhatə edir və aşağıdakı səkkiz elementi özündə birləşdirir: 

Ən sərfəli kredit üçün müraciət et

  1. Etika
  2. Dürüstlük
  3. Güvən
  4. Təlim
  5. Komanda
  6. Liderlik
  7. Tanınma
  8. Kommunikasiya

Bu sistemi bir ev kimi təsəvvür etsək, onun bünövrəsini etika, dürüstlük və güvən, kərpicləri təlim, komanda işi və liderlik, sementini kommunikasiya, damını isə tanınma əks etdirəcək. Yəni işin uğurla nəticələnməsi üçün bu elementlərin hər birinin xüsusi əhəmiyyəti vardır və onlardan birinin olmaması işdə problemlərinin yaranmasına gətirib çıxaracaqdır.

4. Just-in-time

Bu idarəetmə sisteminə Toyota şirkəti tərəfindən ilk dəfə həyata keçirildiyindən bəzən Toyota istehsal sistemi də deyilir. Sistemin işi nədən ibarətdir? Adından göründüyü kimi istehsal zamanı lazım olan materialların vaxtında istehsala cəlb olunması işin effektivliyini artırmaqla anbar xərclərini azaldır.

Bu sistemin yaranması müharibədən sonrakı dövrdə Yaponiyada nağd pulun, materialı saxlamaq üçün ərazinin və resursların azlığından meydana gəlmişdir. Yaranmış bu problemlərin həll yolu tapılsa da, sistemin mənfi cəhətləri də vardır. İstehsal zamanı lazım olan məhsullları aldığı digər təchizatçı şirkətdə hər hansı probemin yaranması prosesin ləngiməsinə səbəb olur Təsəvvür edin 1 həftə ərzində bazara 1000 ədəd məhsul çıxarmalısınız, sizə təchiz edən şirkət isə qəfildən bağlanmışdır və yaxud materialın sizə gələrkən yolda qəzaya düşmüşdür. Nəzərə alsaq ki, sizin bazarda rəqibləriniz çoxdur, bu da müştərilərinizi itirməyinizlə nəticələnəcəkdir.

5. 5S sistemi

 Digər məşhur idarəetmə sistemlərindən biri də 5S adlanır. Bu sistemin əsasını 5 s hərfi ilə başlayan söz təşkil etdiyindən adı da elə 5S adlandırılmışdır (sort - set in order – shine – systematize – standardize). İstehsal prosesinin 5 mərhələsini özündə birləşdirən bu sistemdə ilkin olaraq istehsalda istifadə olunacaq bütün material və alətlər seçilir və ya çeşidlənir. Bu növbəti mərhələ üçün yararsız materialların prosesdən uzaqlaşdırıraq istehsalda yaranacaq problemin qarşısını alır. İkinci mərhələdə bütün bunlar prosesə hazır vəziyyətə gətirilir. Yəni artıq istehsal başlamazdan öncə bütün material və alətlər istifadə olunacaq yerdə olmalıdır. Növbəti mərhələ isə iş muhitinin və bu prosesdə istifadə olunan hər bir şeyin təmizliyindən ibarətdir. Belə ki, istifadə olunan hər şey təmiz və öz yerində olmalıdır, heç bir dağınıqlığa yol verilməməlidir. Dördüncü mərhələ nəzarət mərhələsidir və burada bu mərhələyə qədər olan proseslər standartlaşdırılıb rutin halına salınır. Hər kəs öz vəzifə və öhdəliklərini dərk edir və buna əməl edir. Sonuncu isə bütün proseslərin davamlı təkrarlanmasını təmin edir.

Image result for 5s system

Tərlan Qəhrəmanova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et