Yapon firma Rusiya bazarını tərk etməyə qərar verib | Banco.az

Yapon firma Rusiya bazarını tərk etməyə qərar verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Isuzu” şirkəti Rusiya bazarını tərk edib.

Banco.az xəbər verir ki, Yaponiyanın pikap istehsalçısı “Isuzu” şirkətinin Ukraynaya hücumlardan sonra istehsalını davam etdirə bilmədiyi üçün Rusiya bazarını tərk etdiyi bildirilib.

Bu barədə rəsmi Kyodo agentliyinin bazar mənbələrinə əsaslanaraq xəbər verib.

Xəbərdə deyilir ki, “Isuzu” 2022-ci ilin martında Rusiyanın Ukraynaya hücumlarından sonra avtomobil hissələrinin tədarükü problemi səbəbindən dayandırdığı istehsalı yenidən başlada bilməyib. Sözügedən problem yapon firmaya 2022-ci maliyyə ilini əhatə edən 2022-ci ilin aprel-2023-cü ilin mart ayları ərzində 1,7 milyard yen (12 milyon dollar) məbləğində əlavə maliyyə itkisinə başa gəlib.

Bildirilib ki, yapon şirkətinin səhmləri və istehsal fabriki Rusiyanın “Sollers” avtomobil istehsalçısına satılıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, 2008-ci ildə Rusiyada istehsala başlayan pikap istehsalçısı internet saytındakı son məlumatlara görə, 2021-ci ildə bu ölkədəki müəssisəsində 3700 avtomobil istehsal edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et