Müəllif:Ayşən İmanova/Banco.az
Yaponiyanın avtomobil istehsalçısı “Honda Motor”, satışların azalması fonunda Çindəki zavodda işçilərini ixtisar edir. Təxminən 1,7 min işçi könüllü olaraq ayrılmağa razılaşıb, bu, istehsal işçilərinin təxminən 14% -ni təşkil edir.
Banco.az xəbər verir ki, bu ilin aprel ayının sonunda Çin bazarında “Honda” avtomobillərinin satışı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22,2% azalıb. Digər yapon avtomobil istehsalçıları da Çin bazarında satışların azaldığını qeyd ediblər: “Toyota Motor”– 27,3%, “Nissan Motor” – 10,4%.
“Nissan” rəhbərləri Çində illik istehsal gücünü təxminən 30% azaltmağı düşünür. “Toyota” nümayəndələrinin fikrincə, yaxın bir neçə il onların biznesi üçün “dayanıqlılıq sınağı olacaq”.
Qeyd edək ki, “Honda” 2024-cü maliyyə ilində Çin bazarında 1,06 milyon avtomobil satışını proqnozlaşdırır. Bu, 2023-cü maliyyə ili ilə müqayisədə 13% və 2020-ci ilin rekord səviyyəsindən təxminən 40% aşağıdır. Yaranan problemlər şirkət rəhbərliyini yerli zavodlarda iş vaxtını azaltmağa məcbur edib.
Bizi sosial şəbəkələrdən izləyin!!