Xaricə gedəndə nə qədər valyuta aparmaq olar? - MƏBLƏĞ | Banco.az

Xaricə gedəndə nə qədər valyuta aparmaq olar? - MƏBLƏĞ

Səyahət mövsümünün gəlişi ilə əlaqədar olaraq xaricə səfər edən vətəndaşların da sayı artmaqdadır.

Səyahətə gedənlərin demək olar ki, hamısı üzərində müəyyən məbləğdə vəsait çıxarmalı olur. Bəs Azərbaycandan xaricə nə qədər vəsait çıxarmaq mümkündür?

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, gömrük qanunvericiliyinə uyğun olaraq fiziki şıxslər  tərəfindən adam başına 10 000 ABŞ dolları məbləğində valyutanı sənəd təqdim edilmədən, amma gömrük orqanlarında bəyan edilməklə Azərbaycandan nəğd şəkildə çıxara bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

«Bundan artıq məbləğin ölkədən nağd şəkildə çıxarılması qadağandır. Əgər vətəndaş bundan artıq məbləğ aparmaq istəyirsə, həmin məbləği ya karta yatırmalı, ya da bank yolu ilə xaricə köçürməlidir»-deyə komitədən bildirilib.

FED.az

Ən sərfəli krediti almaq üçün müraciət et