Xaricdə təhsil alanların maliyyələşdirilməsi qaydası məlum olub | Banco.az

Xaricdə təhsil alanların maliyyələşdirilməsi qaydası məlum olub

"Əgər universitetlər dərsləri onlayn keçəcəksə, o zaman onlara xərclərin ödənilməsi məsələsinə yenidən baxılacaq".

Bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Nicat Məmmədli “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili mövzusunda keçirilən onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, doktorantura təhsilinin maliyyələşməsi 2 istiqamətdə baş verir: “Birincisi, universitetlərə qəbul olan tələbənin təhsil haqqının ödənilməsi, ikincisi, tələbənin yaşayış üçün xərclərinin ödənilməsidir. Bu zaman məsələyə tələbənin oxuduğu yaşayış standartına uyğun baxılacaq. Əgər tələbə oxuyursa və təhsil xərcləri varsa, təhsil haqqı proqram tərəfindən veriləcək”.

Təhsil Nazirliyinin sektor müdiri Müjdət Həsənov bildirib ki, pandemiyanın şəraitinə uyğun bu məsələyə fərdi şəkildə baxılacaq: “Əgər dərslər onlayn olacaqsa və tələbə həmin şəhərdə olmayacaqsa, o zaman yaşayış xərcinin ödənilməsi nəzərdə tutulmur”.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et