"Workation" tendensiyası - Həm istirahət, həm iş | Banco.az

"Workation" tendensiyası - Həm istirahət, həm iş

Tamara Mustafayeva, Banco.az

Məlumdur ki, artıq kompüter və internetin olduğu hər yer bizim üçün ofis hesab edilə bilər. Odur ki, dünya miqyasında əksər insanların məsafədən işlədiyi bu dövrdə hər il "Workation" konsepsiyalı istirahətin ili olacaq deyə bilərik. 

Son illərdə populyarlaşan "Workation" tendensiyası işlə istirahətin vəhdətini özündə ehtiva edir. İngiliscə "work" (iş) və "vacation" (istirahət) sözlərinin birləşməsindən yaranan bu anlayış bir neçə il əvvəl insanlar üçün elə də əlverişli hesab edilməsə də, artıq məsafədən işləyən hər kəsin reallaşdıra biləcəyi bir tendensiyadır. 

"Workation" konsepsiyasına əsaslanan istirahətin əsas üstünlüyü tam ştatlı işləməyə davam edəcəyiniz üçün digər tətillərdən daha uzun qonaqlama imkanı yaratmasıdır. Beləliklə də, bir tərəfdən işinizə davam edərkən, digər tərəfdən də istirahət üçün ayırdığınız vaxtı doya-doya yaşaya bilərsiniz. 

Ən sərfəli kredit üçün müraciət et

Stresi azaltmaq, gündəlik həyat tərzini müəyyən qədər dəyişdirmək, məhsuldarlığı və yaradıcılığı artırmaq üçün "Workation" ideal seçimdir. Beləliklə də, iş vaxtınız başa çatdığı zaman kompüteri söndürüb divanda əyləşmək əvəzinə dəniz kənarında və ya meşədə gəzintiyə çıxa bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et