“Whatsapp”a alternativ olan digər hansı tətbiqlər var? | Banco.az

“Whatsapp”a alternativ olan digər hansı tətbiqlər var?

Müəllif - Aida İsaq, Banco.az

Dünyanın dörd bir yanında milyardlarla istifadəçi ünsiyyət qurmaq məqsədi ilə “Whatsapp” sosial şəbəkəsinin imkanlarından yararlanır. Lakin bu nüans müvafiq proqramın bu istiqamətdə yeganə tətbiqetmə olduğu mənasını daşımır.  İsmarıc, video zəng, fayl göndərmə və s. kimi funksiyaları özündə ehtiva edən digər alternativ tətbiqlər də vardır. 

Banco.az həmin tətbiqetmələri və onlar haqqında qısa məlumatları təqdim edir.

Signal

Bu tətbiqdə mesaj, fayl, şəkil və video göndərmək həmçinin video zəng funksiyası aktivdir.

Telegram

Dünya üzrə “Whatsapp” qədər məşhur olan bu mesajlaşma proqramında siz həmçinin telefon nömrənizi gizlədərək insanlarla söhbət edə bilərsiniz. Bundan əlavə, oxunmadan silinən ismarıclar qarşı tərəfə heç bir formada göstərilmir. 

Bip

Bütün operatorların rahat şəkildə istifadə edə biləcəyi bu tətbiq telefonunuzun sönülü olduğu halda kompüterinizdən mesajlaşmaya davam etməyi dəstəkləyir.

Viber

Dünyada 260 milyon istifadəçisi olan proqram Şərqi Avropa, Şimali Afrika və Yaxın Şərqdə geniş istifadə olunur. Lakin bütün ölkələrdə rahatlıqla istifadə edilə bilən tətbiq “Whatsapp”ın təqdim etdiyi funksiyaları özündə cəmləşdirir.

Ən sərfəli kredit üçün müraciət et

Wechat

Bu tətbiq istifadəçiləriə digər özəlliklərlə yanaşı eyni anda 9 nəfərə qədər istifadəçinin video zəngə qoşula bilməsini dəstəkləyir.

Skype

Hər zaman olduğu kimi “Skype” sektorda məşhurluğunu qorumağa davam edir. Sözügedən tətbiq video zənglərin geniş istifadə olunması baxımından populyarlaşsa da, həmçinin ismarıc göndərmək funksiyasına da sahibdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et