"WhatsApp" yeni gəlir modelini açıqlayıb | Banco.az

"WhatsApp" yeni gəlir modelini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“WhatsApp” platforması "Kanallar" funksiyası ilə istifadəçiləri üçün yeni gəlir mənbəyi yaratmağı hədəfləyir.

Banco.az xəbər verir ki, “Kanallar” funksiyası ilə QHT və təsdiq orqanları kimi təşkilatlara çatmağı hədəfləyən “WhatsApp” müxtəlif maraqlar üçün kanalları ehtiva edən bir kataloq da yaradacaq. Kanallarda iştirak dəvət linkləri vasitəsilə təmin olunacaq.

Bu funksiya sayəsində kanal sahibləri mətn, foto, video, stiker və sorğu kimi müxtəlif paylaşımlar edə biləcəklər.

Mark Zukerberq bəyan edib ki, kanal sahiblərinin telefon nömrələri izləyicilərə görünməyəcək, istifadəçi kanalı izləyəndə isə admin və ya digər izləyicilər tərəfindən bilinməyəcək. Həmçinin vurğulanıb ki, kanallarda göndərilən mesajlar 30 gündən sonra silinəcək və “WhatsApp” heç bir qeyd saxlamayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu funksiya hazırda yalnız Kolumbiya və Sinqapurda mövcuddur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et