Vergilər Nazirliyində yeni təyinatlar olub | Banco.az

Vergilər Nazirliyində yeni təyinatlar olub

Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib. Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin baş direktoru dəyişib.

Məlumata görə, adıçəkilən departamentə yeni baş direktor Xəqani Qara oğlu İsgəndərov təyin edilib. Bundan öncə həmin vəzifəni nazirin müşaviri İlqar İsmayıl oğlu Əhmədov icra edib.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, Nazirlikdə yeni Əlaqələndirmə və idarəetmə Departamenti yaradılıb və ona baş direktor olaraq İlqar Əhmədov təyin edilib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et