Vergi güzəştlərinin müddətinin uzadılma prosesi necə tənzimlənir? | Banco.az

Vergi güzəştlərinin müddətinin uzadılma prosesi necə tənzimlənir?

Müəssisə Sumqayıt Kimya Sənaye Parkının rezidentidir. Qanunvericilikdəki son dəyişikliklərdə müəssisənin həmin sənaye parkındakı əmlakları və torpaqlarına tətbiq edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərin müddətinin uzadılması nəzərdə tutulurmu?

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarına uyğun olaraq yaradılmış sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə sənaye vətexnologiyaları parkındakı əmlaklarına və torpaqlarına tətbiq edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərin müddəti 7 ildən 10 ilədək artırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et