Vaxtdan daha səmərəli istifadə etmək üçün 3 effektiv üsul | Banco.az

Vaxtdan daha səmərəli istifadə etmək üçün 3 effektiv üsul

Müəllif: Tamara Mustafayeva, Banco.az

Vaxtınızı daha səmərəli istifadə etməyinizə kömək etmək üçün ən təsirli vaxt idarəetmə üsullarını təqdim edirik.

Banco.az xəbər verir ki, hazırda vaxtı səmərəli idarə etmək həmişəkindən daha vacib hala gəlib. Gərgin iş qrafikləri, getdikcə artan məsuliyyətlər və çox işin öhdəsindən gəlmək vaxtı düzgün istifadə etməyin vacibliyini ortaya qoyur.

Əgər siz də vaxtınızı daha səmərəli istifadə etmək istəyirsinizsə, aşağıda qeyd edilən 3 effektiv vaxt idarə etmə texnikası bu işdə faydalı olacaqdır.

Pomodoro texnikası

"Pomodoro" texnikası vaxtınızı kiçik hissələrə bölməklə diqqətinizi işə cəmləməyə və məhsuldarlığınızı artırmağa imkan verir. Çox sadə addımları olan “Pomodoro” texnikası üçün əvvəlcə özünüzə bir tapşırıq təyin edin. Hədəfinizi təyin etdikdən sonra taymerinizi 25 dəqiqəyə təyin edin və işə başlayın. Bu müddət ərzində yalnız qarşınıza qoyduğunuz tapşıqla məşğul olun və diqqətinizi başqa heç nəyə yönəltməyin. 25 dəqiqədən sonra 5 dəqiqəlik fasilə verin.

Bu fasilə zamanı siz qısa bir gəzinti edə, bir az su içə və ya yüngül idman hərəkətləri ilə məşğul ola bilərsiniz. Bu iş-fasilə tsiklini üç dəfə təkrarlayın. Üçüncü təkrardan sonra 25 dəqiqəlik uzun fasilə verin. Bu fasilə zamanı istirahət edin və özünüzə enerji yığın. 

O Qurbağanı Ye

Ən sərfəli kredit üçün müraciət et

"Eat that Frog" texnikası diqqəti prioritet və çətin tapşırıqlara yönəltməyə təşviq edən bir yanaşmadır. Adından da göründüyü kimi, etməli olduğunuz ən çətin işi prioritetləşdirir və diqqətinizi ona yönəldir. Bu, sizə daha asan və daha çox bəyənilən tapşırıqlara keçmək üçün motivasiya verir.

Kanban Texnikası

Kanban texnikası tapşırıqları təşkil etmək və izləmək üçün istifadə olunan bir üsuldur. Bu texnika ilə görüləcək işlər "edilməli" "davam etməkdə olan" və "tamamlanmış" olaraq təsnif edilir. İlk addım olaraq, etməli olduğunuz bütün işləri müəyyənləşdirin və görüləcək işlər siyahısı yaradın. Sonra, bu tapşırıqları yuxarıda qeyd edildiyi kimi təsnif edin.

“Edilməli” işlər siyahısına başladığınız zaman onu "Davam etməkdə olan" işlər kateqoriyasına əlavə edin. Tapşırıqları yerinə yetirərkən onları bu siyahısından çıxarın və "tamamlanmış" kateqoriyasına köçürün. Beləliklə, işinizi müntəzəm olaraq izləyə və vacib işləri ötürmədən tamamlaya bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et