“United Credit Bank”ın gələcəyi ilə bağlı yekun məhkəmə prosesinin vaxtı məlum olub | Banco.az

“United Credit Bank”ın gələcəyi ilə bağlı yekun məhkəmə prosesinin vaxtı məlum olub

Martın 15-də Ali Məhkəmədə, ötən ilin yanvar ayında lisenziyası Mərkəzi Bank (AMB) tərəfindən ləğv edilmiş “United Credit Bank” ASC-nin (“UCB”) bazarı tərk edib-etməməsi ilə bağlı iclas keçirləcək.

İşə hakim Azər Hüseynovun sədrliyi ilə baxılacaq. Bank məhkəmədə AMB-nin səlahiyyətlərinin bir qisminin ötürüldüyü Maliyyə Bazarlarına Nəzarət Palatası ilə üz-üzə gələcək.

Qeyd edək ki, ötən ilin fevral ayında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi "UCB"-ni müflis elan edərək “Azerbaijan International Legal Company” MMC-ni Bankın ləğvedicisi təyin edib. Bununla belə, məcburi ləğvetmə prosesinə başlanılmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Çünki "UCB" məhkəmə qərarı ilə razılaşmayaraq qərardan apellyasiya şikayəti verib. Amma Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Bundan sonra isə "UCB"-nin sahibləri Ali Məhkəməyə üz tutublar.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et