"Unibank"ın xalis mənfəəti 59 dəfə artıb | Banco.az

"Unibank"ın xalis mənfəəti 59 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Unibank" 2023-cü ili yüksək nəticələrlə başa vurub. Belə ki, hesabat dövründə bankın xalis mənfəəti 32 milyon 931 min manat olub. Bankın xalis mənfəəti illik müqayisədə 59 dəfə artıb. 2022-ci ildə bankın mənfəəti 557 min manata bərabər olub.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu dövrdə Bankın aktivləri də 150 milyon 15 min manat artaraq 1 milyard 590 milyon manata çatıb.

Ətraflı: Unibankın investisiyaları nəticə verdi: Əməliyyat mənfəəti 3 dəfə artdı!

Bankın kredit portfeli 1 milyard 47 milyon 741 min manat təşkil edib. Bu isə 2022-ci illə müqayisədə 17,8% artım deməkdir.

"Unibank"ın ümumi depozit portfeli də 1 milyardlıq rekord hədd üzrə artmaqda davam edir. Ötən ilin nəticələrinə görə, bankın depozit portfeli 2022-ci ilin göstəriciləri ilə müqayisədə 226 milyon 148 min manat və ya 22,8% artaraq 1 milyard 215  milyon manatı ötüb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et