"Ümumilikdə manat 2018-ci ildə möhkəmlənmə təzyiqi altında olmuşdur" | Banco.az

"Ümumilikdə manat 2018-ci ildə möhkəmlənmə təzyiqi altında olmuşdur"

Manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə və bundan asılı olan valyuta bazarındakı tələb-təklif nisbətinə uyğun olaraq formalaşmışdır. 

Bəyanatda qeyd edilir ki, xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində və qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin sabitliyi davam etmişdir. 

"Ümumilikdə manat 2018-ci ildə möhkəmlənmə təzyiqi altında olmuş, valyuta bazarında təklif tələbi üstələmişdir. Yalnız aprel və avqust aylarında xarici valyutaya tələbin artması bəzi tərəfdaş ölkələrdə milli valyutanın kəskin ucuzlaşmasının məzənnə gözləntilərinə təsiri ilə əlaqədar olmuşdur. Bu aylarda valyutaya tələbin artması fundamental makroiqtisadi amillərdən irəli gəlmədiyindən onun məzənnəyə təsiri neytrallaşdırılmışdır. Sonrakı aylarda bu ölkələrdə mərkəzi banklar tərəfindən qəbul edilmiş pul siyasəti qərarları maliyyə bazarlarını stabilləşdirmişdir. 

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ildə də manatın rəsmi məzənnəsi banklararası bazarda əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. İl ərzində banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın səviyyədə formalaşmışdır",- bəyanatda deyilir.  

Ən sərfəli krediti almaq üçün müraciət et