Ukraynanı defolt, qrivnanı isə çöküş gözləyir | Banco.az

Ukraynanı defolt, qrivnanı isə çöküş gözləyir

"Beynəlxalq Valyuta Fondunun (IMF) dəstəyi olmadan Kiyev qrivnanın məzənnəsinə nəzarəti itirməklə yanaşı sürətlə artan xarici borc səbəbindən defolta uğraya bilər". "RİA Novosti" agentliyinə istinadən verilən xəbərə görə, bu açıqlamanı Ukrayna Mərkəzi Bankının sədr müavini Oleq Çuriy verib. 

Bankirin fikrincə, IMF Ukraynaya beynəlxalq kreditorlarla hesablaşmağa yardım edə bilər: "Əgər riyazi olaraq hesablasaq, IMF-in maliyyə yardımı davam etməsə, biz öhdəliklərimizi yerinə yetirə bilməyəcəyik. Başqa sözlə, biz defolt olaycağıq. Bunu hamı anlamalıdır", - deyə O.Çuriy qeyd edib. 

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bankın sədr müavini hesab edir ki, Ukrayna hökuməti müstəqil olaraq qrivnanın məzənnəsini sabit saxlaya bilməyəcək: "Maliyyə böhranının qarşısını almaq üçün Kiyev beynəlxalq qurumlara müraciət etməlidir. Belə ki, yaxın bir neçə ildə Ukrayna 12,5 mlrd. ABŞ dolları borc ödəməlidir".

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et