Uğurlu karyera qurmaq istəyənlər üçün 6 məsləhət | Banco.az

Uğurlu karyera qurmaq istəyənlər üçün 6 məsləhət

Müəllif: Gülnar Əhmədli, Banco.az

Əksər insanlar karyera yolunda daha yaxşı addımlar atmaq və müvəffəqiyyətlə dolu bir həyat yaşamaq istəyirlər. Çünki uğurlu karyera həm iş prosesi zamanı məmnunluq hissi verir, həm də fərdlərə sərfəli imkanlar təqdim edir. Bununla belə, çox az adam bunun üçün nə etmək lazım olduğunu düşünür. Uğurlu olmaq təsadüfi deyil. Mütəxəssislər iddia edirlər ki, uğurlu karyera birbaşa təfəkkürlə bağlıdır. Gündəlik vərdişlərinizi və perspektivinizi dəyişdirərək karyera nərdivanını sürətlə addımlaya bilərsiniz. Əgər uğur qazanmaq istəyirsinizsə, mütəxəssislərin tövsiyələrinə nəzər salmağı məsləhət görürük.

1. Məqsəd yönümlü olun

Uğurlu karyera üçün hədəflərin qoyulması çox vacibdir. Yəqin ki, hər kəsin beynində həyat məqsədləri var. Bununla belə, məqsədlərinizi daha dəqiq təyin edin. Karyeranızda ən çox nələrin olmasını görmək istərdiniz? Məsələn, yüksəliş əldə etmək istəyirsinizsə, addım-addım davam edin. Əvvəlcə özünüzdən soruşun ki, hazırda etdiklərinin sizin gələcək məqsədlərinizə çatmaq üçün kifayət edirmi? Əgər yüksəlmək istədiyiniz vəzifə ilə bağlı çatışmazlıqlarınız varsa, bunun üzərində işləməyə başlayın. İlk hədəfiniz özünüzü təkmilləşdirmək, ikinci məqsədiniz isə vəzifədə yüksəlmək olmalıdır. Uğura aparan yolda atmalı olduğunuz ilk addım qısamüddətli hədəfləri müəyyən etməkdir.

2. Peşəkar şəkildə düşünün

Təsəvvür edin ki, işində çox peşəkar olduğunu düşündüyünüz və davranışına görə ona hörmət etdiyiniz birisi var. Bu iş yoldaşlarınızdan biri olmaq məcburiyyətində deyil. Bu, bir sahibkar, məşhur bir şirkətin meneceri və ya ailənizdən biri ola bilər. Sizcə, o insan karyerasında irəliləyiş zamanı nələrə diqqət yetirirdi? Bu sualın ilk cavabı, şübhəsiz ki, peşəkarlıq anlayışındadır. Şəxsi həyatınızda özünüz kimi davrana bilərsiniz. Lakin iş həyatınızda peşəkar kimi davranmalısınız. Duyğularınızı bir kənara qoymalı və birbaşa gördüyünüz işə diqqət etməlisiniz.

3. Həmişə öyrənməyə hazır olun

Dünyadakı bütün insanların üstün öyrənmə qabiliyyəti var. Ancaq öyrənmək üçün motivasiya bir müddət sonra azala bilər. Bu o deməkdir ki, hər zaman sabit gəlirlə sabit işiniz olacaq. Karyeralarında uğur qazanan insanlar həmişə öyrənməyə hazır olanlardır. Əgər öyrənmək istəyinizi itirmisinizsə, yeni motivasiya mənbəyi tapın. Həmişə uyğunlaşmağa və təkmilləşməyə hazır olun. 

Ən sərfəli kredit üçün müraciət et

4. Səmərəliliyinizi azaltmayın

Əgər siz sadəcə gününüzü iş yerində keçirməyə çalışırsınızsa, təəssüf ki, karyeranızın hansısa nöqtəsində dalana dirənəcəksiniz. Əgər iş həyatınızda xoşbəxt deyilsinizsə, yeni iş axtarmağa başlaya bilərsiniz. Özünüzü dinc və xoşbəxt hiss etdiyiniz bir mühitdə işinizin səmərəliliyi artacaq. Bu, karyeranızda daha uğurlu olmanızı təmin edəcək.

5. İş rejimi təyin edin

Hər sahədə olduğu kimi iş həyatında da nizam çox önəmlidir. Özünüz üçün bir rutin təyin edin və bu rejimə sadiq qalın. Bu, diqqətinizi yayındıran amillərin qarşısını alaraq məhsuldarlığınızı artırmağa kömək edəcək. Unutmayın, nə qədər işlədiyiniz deyil, nə qədər müntəzəm işlədiyiniz vacibdir.

6. Öyrənməyə açıq olun

Karyeranızda nə qədər irəliləsəniz də, heç vaxt tam özünüzdən əmin hiss etməməlisiniz. Əksinə, həmişə təkmilləşməyə açıq olun. Rəhbəriniz sizi seminara göndərməyi təklif edərsə, çəkinmədən qəbul edin. Ən əsası, bilik və öyrənmənin qeyri-məhdud olduğunu unutmayın. Yeni insanlarla tanış olmaq və təvazökar olmaq sizi həmişə bir addım irəli aparacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et