"UBS" müflisləşmiş "Credit Suisse" bankının satınalma prosesini bir aya başa çatdıracaq | Banco.az

"UBS" müflisləşmiş "Credit Suisse" bankının satınalma prosesini bir aya başa çatdıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“UBS” “Credit Suisse”in satınalınması prosesini mayın sonu və ya iyunun əvvəlində başa çatdırmağı nəzərdə tutur.

Banco.az xəbər verir ki, İsveçrənin ən böyük bankı olan “UBS”nin baş icraçı direktoru Sergio Ermotti bankın mayın sonu və ya iyunun əvvəlində çətin vəziyyətdə olan “Credit Suisse”in alınmasını artıq başa çatdırmaq istədiklərini dilə gətirib.

Ernotti satınalma prosesinin aqibəti barəsində Sürix şəhərində keçirilən Finanz '23 konfransında məlumat verib.

Xatırladaq ki, “UBS” İsveçrə hökumətinin mart ayında hazırladığı paket çərçivəsində ölkənin müflisləşmək üzrə olan “Credit Suisse” bankını 3 milyard İsveçrə frankı (3,37 milyard dollar) müqabilində satın almış və bankın 5,4 milyard dollar dəyərindəki borcunu öz üzərinə götürmüşdü.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et