Türkiyənin ilk yerli və milli yüksək dəqiqlikli görüntü peyki kosmosa buraxılıb | Banco.az

Türkiyənin ilk yerli və milli yüksək dəqiqlikli görüntü peyki kosmosa buraxılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İMECE peyki ABŞ-ın Vandenberq Kosmik Qüvvələri bazasından orbitə buraxılıb.

Banco.az xəbər verir ki, “TÜBİTAK UZAY” tərəfindən layihələndirilən və hazırlanan Türkiyənin ilk yerli və milli yüksək keyfiyyətli görüntü peyki İMECE 15 aprel tarixində orbitə buraxılıb.

Daha əvvəl orbitə buraxılması 3 dəfə təxirə salınan İMECE peyki Bakı vaxtı ilə saat 10.47-də ABŞ-dakı Vandenberq Kosmik Qüvvələri bazasından orbitə buraxılıb.

Xatırladaq ki, İMECE-nin 14 aprel tarixində Vandenberq Kosmik Qüvvələri Bazasından buraxılması planlaşdırılırdı, lakin əlverişsiz hava şəraiti səbəbindən buraxılışdan 27 saniyə əvvəl bir daha təxirə salınmışdı.

Ən sərfəli kredit üçün müraciət et

680 kilometr yüksəklikdə günəşlə eyni vaxtda orbitdə yerləşdiriləcək İMECE 5 illik dizayn missiyası müddətində hədəfin müəyyən edilməsi, aşkarlanması, təbii fəlakətlər və kənd təsərrüfatı tətbiqləri kimi bir çox sahədə ölkəyə xidmət göstərəcək. Peyk dünyanın istənilən yerindən kadrlar əldə edə biləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et