Türkiyənin avtomobil sənayesində həm istehsal, həm də ixrac artıb | Banco.az

Türkiyənin avtomobil sənayesində həm istehsal, həm də ixrac artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

2022-ci ildə Türkiyənin avtomobil istehsalı əvvəlki ilin eyni dövrünə görə 6 faiz artıb.

Banco.az xəbər verir ki, Türkiyə Avtomobil Sənayesi Birliyi (OSD) 2022-ci ilin yanvar-dekabr dövrü üzrə istehsal və ixrac rəqəmlərini və bazar məlumatlarını dərc edib.

Bu məlumatlara görə, 2022-ci ilin 12 aylıq dövründə cəmi maşın istehsalı əvvəlki ilin eyni dövrünə görə 6 faiz artaraq 1 milyon 352 min 648 ədədə çatıb. Avtomobil istehsalı isə 4 faiz artaraq 810 min 889 ədəd hesablanıb.

Traktor istehsalı ilə birlikdə ümumi istehsal da 1 milyon 402 min 189 ədəd olub.

Bu dövrdə maşın sənayesinin tutumdan istifadə nisbəti isə 70 faiz qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Yanvar-dekabr dövründə ölkədə avtomobil ixracatı əvvəlki ilin eyni dövrünə görə ədəd baxımından 4 faiz artaraq 970 min 124 ədəd olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et