Türkiyədə elektrik enerjisinin istehsalı azalıb | Banco.az

Türkiyədə elektrik enerjisinin istehsalı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə fevral ayında elektrik enerjisi istehsalı 5,29 faiz azalıb.

Banco.az xəbər verir ki, Enerji Bazarını Tənzimləmə Qurumunun fevral ayı üzrə “Elektrik Enerjisi Bazarı Sektor Hesabatı”na əsasən, ölkənin lisenziyalı elektrik istehsalı fevral ayında əvvəlki ilin eyni ayına nəzərən 5,29 faiz azalaraq 23 milyon 641 min 34 meqavat/saat hesablanıb.

Hesabatda qeyd olunub ki, lisenziyalı elektrik enerjisi istehsalının 30,67 faizi təbii qaz elektrik stansiyaları, 23,84 faizi xaricdən gətirilən kömür elektrik stansiyaları, 13,73 faizi linyit elektrik stansiyaları, 10,24 faizi su elektrik stansiyaları, 12,19 faizi isə külək elektrik stansiyalarının payına düşüb.

Bu mənbələrdən sonra müvafiq olaraq geotermal, biokütlə, daş kömür, günəş, asfaltit və yanacaq-mazut gəlir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, fakturalı elektrik enerjisi istehlakının həcmi isə sözügedən dövrdə 10,87 faiz azalaraq 18 milyon 932 min 179 meqavat/saat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et